11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |     14:14 “Nə yaxşı kı, dünyaya gəlmişəm“ - DOĞUM GÜNÜDÜR  |     15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |     14:46 Bu gün qızının toyudur - Mediaya qapalı olacaq  |     14:43 "Babamın haqsızlığa ürəyi dözmədi" - FOTOLAR  |     14:40 Aparıcı ilə xanəndə arasında qalmaqal  |     14:26 Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı  |     14:21 “Bir insan ki, illərdir tanıdığı insana qarğış edə...” - Müğənni  |     14:19 Aysun: Depressiya keçirirəm  |     14:17 Yaşar Yusubdan kişi həmkarlarına: “Qadın kimi…”  |     13:19 Aygün Kazımovadan daha bir diqqətçəkən yenilik  |     12:57 Cavanşir Məmmədov vəfat etdi  |     10:15 Bir millət, iki dövlət: Qardaşlıq layihəsi  |     04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |    

“O insanlardan üzr istəyirəm” Tünzalənin həyat yoldaşından ürəkdağlayan sözlər

2.02.2023 - 94 - Maqazin

Mərhum aktrisa Tünzalə Əliyevanın həyat yoldaşı Röyal onun xəstəliyi barədə yazıb.

SHOWXEBER.AZ xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında yazan Röyal xanımı ilə keçdiyi ağır yoldan danışıb:

"İlk dəfə öyrənəndə ki, artıq gözəl, nur üzlü həyat yoldaşımda xərçəng var, o dərhal Qənirə Paşayevaya zəng edib bu xəstəliyin daşıyıcısı olduğunu dedi. O, "sabah gedin Milli Onkologiya Mərkəzinə, sizi qarşılayacaqlar" dedi. Sabahı gün həyat yoldaşım oraya yollandı. Akademik Cəmil Əliyev özü şəxsən zəng edərək hər şeyi tam təmənnasız olması üçün tapşırıq vermişdi. İlk əməliyyat vaxtı təyin olundu. Gözəl insan, cərrah Şəmistan həkim əməliyyat etdi və uğurlu oldu. Bu, bizim xəstəliklə tanış olduğumuz 1-ci hissə idi. 

İkinci hissə, törəmələr olduqda isə həyatımıza Elçin Mansurov girdi. O, sadəcə işinin peşəkarı deyildi, həm də həyat yoldaşımla ata-övlad münasibətində idilər. Və adını bilmədiyim neçə həkim, tibb bacıları, qapıda duran nəzarətçilər...
4 il, tam 4 il bir manat belə xərcləmədik! Amma tək gerçək var ki, Quranda yazılıdığı kimi "Ya Rəsulum döyüşdən qaçanlara de ki, mənim onlara əvvəldən yazdığım ölüm günündən nə bir gün çox yaşayar, nə də ki, bir gün gec ölərlər".
O, Tünzalənin xəstə olsa da çalışdığını bildirib və həmin ərəfədə ona dəstək olanlara təşəkkür edib:
“Artıq həyat yoldaşım, nur üzlü xanım televiziyada işləmirdi. İrəvan Dövlət Azərbaycan Dram Teatrının rəhbəri İftixar Piriyev onu işə qəbul etdi. Mənim nur üzlü həyat yoldaşım əvvəllər də onunla işləyib. Hətta Ulu Öndər Heydər Əliyev "Əməkdar artist" adına layiq görmüşdü.
Və əlbəttə ki, Dilarə Əliyeva. Onunla işləməyə başladılar və həyat yoldaşıma çox dəstək oldu. Son anlarda bizimlə bir əziyyət çəkən Yusif Mustafayev, Ülviyyə Əliyeva, Dilşad xanım və adlarını unutduğum o insanlardan üzr istəyirəm.
Bütün bu olan hadisələri deməyi özümə borc bildim. Başda cənab Prezident İlham Əliyev olmaqla adlarını çəkdiyim hər kəsdən Allah razı olsun". 


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti