09:30 "Səsin traktor kimi xırıldayır, oxuya bilmirsən"  |     09:21 Azərbaycanlı müğənni ikinci dəfə ailə qurur  |     13:38 Elnarənin Röya ilə bağlı paylaşımı təəccübləndirdi  |     20:24 Bu verilişlərin də yayım saatı azaldıldı  |     20:18 “Mən və atam zərərçəkənlər üçün 100 milyon köçürdük” - Emin Ağalarov  |     12:12 Yusif Mustafayevə 110 min dollarlıq MAŞIN BAĞIŞLADILAR  |     12:07 “Bu hal təkrarlansa, onları rəzil edəcəyəm!” - Ülviyyə Xəlilbəyli  |     20:27 Zaurun verilişinin yayımı saat yarım azaldıldı  |     20:25 "Zaurun etdiyi yardım heç bir poqramda olmayıb"  |     11:36 Dilarə Kazımovadan retro fotosessiya  |     21:40 Tünzalə “Dünya yalnız səndən ibarət” dedi  |     12:20 Filipp Bakıya bu səbəbdən gəlib  |     18:31 SON DƏQİQƏ! Azərbaycanlı müğənninin anası vəfat etdi  |     15:47 Kadir İnanır xəstəxanaya yerləşdirildi  |     19:56 Röya Bakıya qayıtdı  |     18:41 Aygün Kazımovadan Röya ilə bağlı paylaşım  |     17:26 Namiq Məna oğlunun xəstəliyindən danışdı: “Beynində xoşxassəli şiş...”  |     15:55 Tünzalə Ağayeva Moskvada törədilən terror aktından danışıb  |     06:12 Vəfadan ölüm xəbərinə reaksiya  |     22:18 Silahlı insident baş verən “Vegas City Hall“da Röyanın konserti təxirə salındı  |    

"Bircə səhv bəs edir ki, ayrılasan" - Faiq Ağayev

3.02.2023 - 84 - Maqazin

"Sevginin dərəcəsi var. Bağlılığa bağlıdır, zəncirdir. Sevgi olan yerdə insanın yüz yox, min səhvini bağışlaya bilərsən. Amma hərdən bircə hərəkət bəs edir ki, ayrılığa qərar verəsən. Səhvləri görmədiyin anlar aşiqlik dövrüdür. Ondan sonra dərk edilən dövrə keçəndə yüngülvari soyuqqanlı olursan".

SHOWXEBER.AZ xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev "Mədəniyyət TV"də qonaq olarkən deyib. Sevgidən danışan müğənni bunları əlavə edib:

"Çünki aşiqlik vaxtı biz özümüzü gülməşəkər göstəririk. Bizdə olmayan xüsusiyyətləri göstərməyə çalışırıq. Bu, hər bir canlıya xas olan hərəkətdir. Amma o aşiqlik sevgiyə keçirsə, zaman keçir, xasiyyətlər oturuşur, isinişirsən. Görürsən bu səhvi var, amma keçirsən, heç dilə gətirmirsən. Yüngül səhv olanda deyirsən, əzizim, etmə də, yaxşı deyil. Amma insan doğrudan aşiq olanda onda məcnunluq da edə bilər. Öz sevgisini dəfn də edə bilər. Ona görə də ehtiyyatlı olmaq lazımdır". 


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti