17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |     15:37 Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"  |     15:36 Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü  |     11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |     14:14 “Nə yaxşı kı, dünyaya gəlmişəm“ - DOĞUM GÜNÜDÜR  |     15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |     14:46 Bu gün qızının toyudur - Mediaya qapalı olacaq  |     14:43 "Babamın haqsızlığa ürəyi dözmədi" - FOTOLAR  |     14:40 Aparıcı ilə xanəndə arasında qalmaqal  |     14:26 Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı  |     14:21 “Bir insan ki, illərdir tanıdığı insana qarğış edə...” - Müğənni  |     14:19 Aysun: Depressiya keçirirəm  |     14:17 Yaşar Yusubdan kişi həmkarlarına: “Qadın kimi…”  |     13:19 Aygün Kazımovadan daha bir diqqətçəkən yenilik  |     12:57 Cavanşir Məmmədov vəfat etdi  |    

Meyxanaçı Balaəli yol hərəkəti qaydalarını pozub? - Polisdən AÇIQLAMA

8.02.2023 - 130 - Maqazin

Məşhur meyxanaçı Balaəli yol hərəkəti qaydalarını pozub.


AZXEBER.COM xəbər verir ki, o, yolun hərəkət hissəsində avtomobilini saxlayaraq mağazaya gedib.


Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Görüntülərdə Balaəlinin idarə etdiyi "Range Rover” markalı avtomobilini saxlayaraq arxada marşrut avtobusunun gəlməyinə məhəl qoymadan getdiyi lentə alınıb.


Məlumata görə, hadisə Qara Qarayev prospektində olub. Onun bu hərəkəti sosial şəbəkədə qınaq obyektinə çevrilib.


Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli BAKU.WS-ə açıqlamasında meyxanaçının bu hərəkətinin məsuliyyətsizlik olduğunu deyib:


"Təbii ki, bu hərəkət məsuliyyətsizlikdir. Hər zaman demişik, kim ki, bu cəmiyyətdə azdan çoxdan tanınır, çalışıb nümunəvi hərəkətlər etsinlər. Ona görə ki, onların nümunəvi hərəkətləri ilə məsuliyyətli olmaq aşılansın. Avtobusda gözləyənlər də bizim insanımızdır, onu yersiz yerə gözlətdirən də… Qanun isə hamıya bərabər hüquqlar verib. Bu əmələ görə 20 manat cərimə nəzərdə tutulub. Bəlkə də qara "Range Rover” sürənə bu elə də böyük məbləğ deyil. Amma azı 80 adamı yolda gözlətmək və arxada sıxlıq yaratmaq, kimlərinsə həyatını çətinləşdirmək isə cərimə ilə yox ictimai məsuliyyətlə ödəniləcək mənəvi öhdəlikdir. Bax bunun üçün ətrafdakılara hörmətlə yanaşmaq lazımdır”.


Polis mayoru bu kimi hadisələrin, təəssüf ki, paytaxtın bəzi yerlərində də baş verdiyini bildirib:


"Bəzi restoranlar var ki, onların qarşısında bahalı avtomobillər gəlib qanunsuz parklanma edir. Əməkdaşlarımız onları qeydə alanda harınlıq edərək, "20 manatdır da, çəkirsən çək verəcəm” deyir. Bu təbii ki, arzuolunmaz, xoşagəlməz haldır. Cəmiyyətin nisbətən aşağı sosial təbəqəsini qıcıqlandırmaqdır. Gəl ki, həmin bəzi bahalı maşın sahiblərini çox azı istisna olmaqla qardaş Türkiyəyə yardım göndərilən ünvanlarda görmədik. Ora da gəlib avtomobillərini saxlayardılar sadə insanlara dəstək nüməyiş etdirərdilər, heç olmasa belə gündəmə gələrdilər”.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti