11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |     14:14 “Nə yaxşı kı, dünyaya gəlmişəm“ - DOĞUM GÜNÜDÜR  |     15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |     14:46 Bu gün qızının toyudur - Mediaya qapalı olacaq  |     14:43 "Babamın haqsızlığa ürəyi dözmədi" - FOTOLAR  |     14:40 Aparıcı ilə xanəndə arasında qalmaqal  |     14:26 Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı  |     14:21 “Bir insan ki, illərdir tanıdığı insana qarğış edə...” - Müğənni  |     14:19 Aysun: Depressiya keçirirəm  |     14:17 Yaşar Yusubdan kişi həmkarlarına: “Qadın kimi…”  |     13:19 Aygün Kazımovadan daha bir diqqətçəkən yenilik  |     12:57 Cavanşir Məmmədov vəfat etdi  |     10:15 Bir millət, iki dövlət: Qardaşlıq layihəsi  |     04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |    

"22 ildir belə yaşayıram" - Könül Xasıyeva

12.02.2023 - 97 - Maqazin

Xalq artisti Könül Xasıyeva Türkiyədəki təbii fəlakətinin fonunda 2000-ci il noyabrın 25-də Bakıda baş verən zəlzələdə yaşadıqları ilə bağlı paylaşım edib.

SHOWXEBER.AZ xəbər verir ki, bu barədə xanəndə sosial media hesabında yazıb.  

"22 il öncə Bakıda heç 1 dəqiqə çəkməyən zəlzələ yaşadım. O anda yaşadığım qorxu və stres bütün həyatımı alt-üst etdi. Tam 22 ildir evdə tək qala bilmirəm. Yanımda tibb bacısı olmadan heç bir yerə gedə bilmirəm. Gecələr yatmaq istəyirəm, qorxu hissi gəlir, səhərə kimi dərmanlarla oyaq qalıram. Yuxunun nə olduğunu demək olar ki, unutmuşam. Getdiyim məclislərdə biri rəqs edərkən təngənəfəs oluram. İzlədiyim filmlərdə xəstəxana epizodlarına baxarkən ürəyim bərk, tez-tez döyünməyə başlayır və nəticədə havam çatmır, boğuluram. İndi bunları yazarkən keçirdiyim hislər belə çox dəhşətlidir. İnsan bir gündə neçə dəfə ölüb-dirilə bilər? 22 ildir belə yaşayıram. Bunun adı yaşamaqdırsa...

Bir zəlzələ insanı yalnız cismanı deyil, eyni zamanda mənəvi, ruhən də öldürür. Bütün həyatını, bütün düzənini alt-üst edir, sinirlərini çökdürür. Nəticədə zamanla əl-ayaq, nitqin tutulur, onurğada miyelit baş verir, çəliyə tutunursan. Sonda da hələlik müalicəsi davam edən problem. Daha dözülməz olanı isə təksən və himayəndə yetkinlik yaşına çatmayan narahat övlad... Qısacası həyatdasan, canlısan, amma bir ölüdən fərqin yox kimi.

Canımız Türkiyədədir. Baş vermiş zəlzələdə həyatını itirənlərə Allahdan rəhmət, yaralılara şəfalar diləyirəm. Uca Rəbbim bir daha belə fəlakətlərlə imtahan etməsin. Amin" deyə, Xasıyeva paylaşımında bildirib.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti