13:38 Elnarənin Röya ilə bağlı paylaşımı təəccübləndirdi  |     20:24 Bu verilişlərin də yayım saatı azaldıldı  |     20:18 “Mən və atam zərərçəkənlər üçün 100 milyon köçürdük” - Emin Ağalarov  |     12:12 Yusif Mustafayevə 110 min dollarlıq MAŞIN BAĞIŞLADILAR  |     12:07 “Bu hal təkrarlansa, onları rəzil edəcəyəm!” - Ülviyyə Xəlilbəyli  |     20:27 Zaurun verilişinin yayımı saat yarım azaldıldı  |     20:25 "Zaurun etdiyi yardım heç bir poqramda olmayıb"  |     11:36 Dilarə Kazımovadan retro fotosessiya  |     21:40 Tünzalə “Dünya yalnız səndən ibarət” dedi  |     12:20 Filipp Bakıya bu səbəbdən gəlib  |     18:31 SON DƏQİQƏ! Azərbaycanlı müğənninin anası vəfat etdi  |     15:47 Kadir İnanır xəstəxanaya yerləşdirildi  |     19:56 Röya Bakıya qayıtdı  |     18:41 Aygün Kazımovadan Röya ilə bağlı paylaşım  |     17:26 Namiq Məna oğlunun xəstəliyindən danışdı: “Beynində xoşxassəli şiş...”  |     15:55 Tünzalə Ağayeva Moskvada törədilən terror aktından danışıb  |     06:12 Vəfadan ölüm xəbərinə reaksiya  |     22:18 Silahlı insident baş verən “Vegas City Hall“da Röyanın konserti təxirə salındı  |     14:28 Emil Bədəlov xeyli çəki atıb tanınmaz dərəcədə dəyişib  |     12:54 Akif İslamzadənin mahnısına yeni nəfəs qatdı  |    

Terrorçunu zərərsizləşdirən Vasif Xalq artistinin qohumu imiş

19.02.2023 - 86 - Maqazin

Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktı zamanı yaralanan mühafizə xidmətinin əməkdaşı Vasif Tağıyev Xalq artisti Firəngiz Mütəllimovanın qohumudur.

Bu barədə Firəngiz Mütəllimova sosial media hesabında bildirib. Xalq artisti dayısı nəvəsi Vasif Tağıyevi evində ziyarət edib.

"Mənim qəhrəman balam, Vasif, dayım nəvəsi, ürəyim. Səninlə qürur duyuram. Yaşadığın bütün sarsıntı, həyəcan geridə qalsın. Sən ailəmizin fəxrisən, Allah yolunu açıq eləsin. Sağlam və xoşbəxt ol, mərd balam. Allah səni və əzizlərini qorusun".

Xatırladaq ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror aktının qarşısının alınması zamanı həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcu yerinə yetirərkən mərd və qətiyyətli hərəkətlərinə görə Vasif Tağıyev 1-ci dərəcəli "Rəşadət” ordeni ilə təltif edilib./publika.az


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti