04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |     12:09 Aytən Səfərovanın qabırğaları qırılıb - Həyat yoldaşı açıqladı  |     18:05 “8 martda Aygün Kazımovaya gül göndərdim” - Röya Ayxan  |     13:13 Lətifə Soyuözdən illər sonra yenilik - Audio  |     22:01 Tünzalə Ağayeva “Beynəlxalq Mədəniyyət Günü”ndə  |     11:18 "Gələcəkdə Ajda Pekkan kimi olacağam" - Xoşqədəm  |     09:56 Türkan Vəlizadə səs-küy yaradan estetik əməliyyatını şərh etdi  |     13:53 O pul olmasaydı, məcbur qalıb evimi, qızıllarımı satacaqdım - Xatun  |     13:50 Aygün Kazımova və Zülfiyyə Xanbabayeva bir arada - Fotolar  |     13:45 "TikTok bağlansın, oradakıların həyat tərzi tüfeylidir" - Müşfiq Abbasov  |     13:43 Röya “Sənə nə” dedi - Video  |     18:11 Xalq artisti canlı yayımda kövrəldi  |     16:40 "Ölkədə ziyalı yoxdur ki, müğənnilər ekspert olub?"  |     22:01 Xalq artisti Natiq Şirinovun qızının toyu olacaq  |     07:45 Röya Ayxan: “Bir gün Elnarə Xəlilovanın boğazından yapışacağam” - Video  |     07:42 “Ərəblər evimi pis günə qoydu, bir saat ağladım” - Nadir Qafarzadə  |    

Jurnalistdən Nahidə Orucovanın oğurluq ittihamlarına cavab: “Dünyanı dağıdaram”

22.02.2023 - 104 - Maqazin

"Bu iddiaların heç birini qəbul etmirəm. Böhtan atmağa qalsa, mən nə cür formada istəsəm, danışa bilərəm. Ayıbdır! Biz çörək kəsmişik. Yəgin ki, hansısa anlaşılmazlıq var ki, Nahidə xanım elə deyir. Sabah mən efirə gələcəyəm. Nahidə xanım da gəlsin. Şər atmağa qalsa o qədər şər atmaq olar ki... Böhtanla insanın üzərinə yerimək olmaz".

SHOWXEBER.AZ bizim media-ya istinadən xəbər verir ki, bu sözləri jurnalist Şəfəq Ağacan "Təsir dairəsi" ictimai-sosial verilişinin canlı efirinə zəng edərək bildirib.
Jurnalist Əməkdar artist Nahidə Orucovun səsləndirdiyi "Şəfəq Ağacan evimdə qaldığı zamanı 1650 manat pulum yoxa çıxıb" ittihamlarına cavab verib.  

"Nahidə xanım özü Allah şahididir ki, neçə insan mənə zəng vurub, onlara təmənnasız kömək etmişəm. Heç cibimdə pul olmasa da... Milyonu qabağıma tökərlər gözümün ucu ilə belə baxmaram. Haram tikə mənə lazım deyil. Efirə gəlib, bütün suallara cavab verməyə hazıram".

Verilişin aparıcısı Lalə Azərtaşın "Bu məsələ bir aydır ki davam edir. Nahidə xanım sizə dəfələrlə zəng edib, amma siz onun telefonlarını açmırsınız. Niyə?" sualına Şəfəq belə cavab verib:

"Qeyd etdim ki, özümün səhhətində və ailəmdə problemlər var. Buna görə də mən heç bir telefon zənglərinə cavab vermirdim. Nahidə xanım bu haqda mənə deyəndə, dedim nə danışırsan? Dediyinin fərqindəsən? Nahidə xanım bir şeyi başa düşmür ki, dediyi böhtanla heç məni yox, övladıma, ailəmə sabah hansısa bir ciddi problem yaransa o bunun altından çıxa biləcək? Çıxa bilməyəcək... Yenə də deyirəm ki, burada hansısa anlaşılmazlıq var, bəlkə ortaya girən başqa adam var, orasını bilmirəm. Tanıyanlar məni yaxşı bilirlər ki, mənim elə şeylərlə aidiyyatım yoxdur. Ayıb olan şeylərdir. Mənə də, Nahidə xanıma da ayıbdır. Çox böyük ajiotaj yaranıb. Övladım, anam sarsıntı keçirib.


 Sabah uşağım bir şey eləsə, Nahidə xanım bundan qurtara biləcək? Ona görə, gərək mən dünyanı dağıdam. Uşağım tələbədir, onun anasını efir vasitəsi ilə ittiham edirlər, bu ən böyük günahdır. Heç olmasa, Allahdan qorxsun".


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti