7.03.2023 - 30 - Maqazin
Əməkdar artist Mətanət İsgəndərlinin qardaşının səhhəti pisləşib.
Axşam.az xəbər verir ki, müğənni qardaşının səhhətinin pis olduğunu açıqlayıb. Bu haqda “Maqazin plus”da danışan İsgəndərli onun böyrəklərində problem olduğunu deyib:
“Qardaşım dializ xəstəsidir. Əvvəl şəkərdən əziyyət çəkir, böyrəklərinə vurdu. Böyrəkləri fəaliyyətini dayandırdı. O gün mənə zəng vurub dedi ki, bacı, sən mənim anamsan. Bilirsən, ömrümə az qalıb. Atama çox oxşayır. Ona kömək etməsəm ürəyim partlayar. Atamın balasıdır, onun ruhu da orada şad olsun”.
Qeyd edək ki, M.İsgəndərlinin atası ötən il dünyasını dəyişib.