15:10 Kənan MM: “Mədəniyyət Nazirliyində məni rəsmi olaraq heç kim tanımır...”  |     12:06 "Qızı Təranənin məhkəməsinə gəlməkdən imtina edir"  |     12:00 Aygün Kazımovanın 3544 manatlıq dəsti  |     10:30 Avtomobillə vurulan Şəfiqə Nağıyevanın son vəziyyəti açıqlandı  |     23:31 Tolikin ad günündən çıxan vəkili maşın vurdu  |     22:04 “Ən yaxın zamanda maskaları düşəcək, şərəfsizləri görəcəksiz”  |     22:01 “Ermənipərəstin qızına Bakıda konsert edirik” - ETİRAZ ETDİ  |     21:04 “Özümü öldürmək istəyəndə Zülfiyyə mənə dərmanlar verdi ki, içim ölüm”  |     21:02 “Bizim adımızdan pul yığır ki, guya efirə çıxardacaq” - ZAUR ŞİKAYƏTÇİDİR  |     11:34 Şəfiqə Nağıyeva yenidən Rövşanənin verilişinə dəvət olundu - Video  |     19:20 Aygün Kazımova uşaqlıq fotosunu paylaşdı  |     14:14 Model sevgilisini döydüyü deyilən Ziyadan REAKSİYA (FOTO+VİDEO)  |     08:18 Azərbaycanlı aparıcı ilə futbolçu evlənir - Toy tarixi açıqlandı  |     08:16 “Mən cavan olmamışam, oğlan sevməmişəm” - Elnarə Abdullayeva  |     08:12 “Mini geyinsəniz də, maraqlı olmayacaqsız”  |     12:42 "Qovuşacağımız günə qədər məni gözlə" - Xatun qardaşından yazdı  |     11:31 Aygün Kazımova “gəlincik” oldu - Fotosessiya  |     08:04 Əməkdar artistin vəfatı ilə bağlı nekroloq  |     08:03 Elxan Qasımovla vida mərasimi keçiriləcək  |     08:00 “Barbie” Aygün Kazımova...  |    

“Rəşad həmin oğuldur ki…” – Vəkili həbsdəki meyxanaçıdan yazdı

19.03.2023 - 52 - Maqazin

Vəkil Elvin Əliyev hazırda həbsxanada olan meyxanaçı Rəşad Daşlı ilə bağlı paylaşım edib.


Vəkil paylaşımında bunları yazıb:

"Vəkili olduğum şəxslərin içərisində Rəşad bir başqadır. Sakit təbiətli, tərbiyəli, əxlaqlı oğlandır Rəşad. Milli və mənəvi dəyərlərə qiymət verən, dövlətini, Azərbaycan xalqını hədsiz sevən biridir. Şəhid ailələrinə, qazilərə daima diqqət və qayğı göstərir. Hazırda istintaq təcridxanasında olmasına baxmayaraq, yenə də şəhid ailələri və qazilərlə maraqlanır, diqqətini göstərir. Dövlətinə düşmənçilik mövqeyi nümayiş elətdirənlərin gözünün içinə baxan, dövlətinin müdafiəsi üçün sözünü əsirgəmiyən, vətən sevgisini hər fürsətdə dilə gətirən oğullardandır Rəşad. Rəşad həmin oğuldur ki, cəmiyyətin sevgisini və rəğbət qazanıb. Onun uşaqlarına verdiyi tərbiyə, ailəsinə bağlılığı, böyükləriylə rəfdarı aldığı tərbiyyənin, onun qanacağının danılmaz bariz nümunəsidir. Hər kəslə subardinasiya qaydalarını gözləyən, heç kəsi incitməmək, xətrinə dəyməmək üçün əlindən gələni edəcək xarakterə sahibdir Rəşad. Çox söz yazmaq olar Rəşad barəsində, ancaq qisa onu deyirəm ki, Rəşadı tanımağa dəyər".

Qeyd edək ki, qətl hadisəsi noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb. Belə ki, 1984-cü il təvəllüdlü R.Əmirov tanışı, 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevi şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib. Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti