15:10 Kənan MM: “Mədəniyyət Nazirliyində məni rəsmi olaraq heç kim tanımır...”  |     12:06 "Qızı Təranənin məhkəməsinə gəlməkdən imtina edir"  |     12:00 Aygün Kazımovanın 3544 manatlıq dəsti  |     10:30 Avtomobillə vurulan Şəfiqə Nağıyevanın son vəziyyəti açıqlandı  |     23:31 Tolikin ad günündən çıxan vəkili maşın vurdu  |     22:04 “Ən yaxın zamanda maskaları düşəcək, şərəfsizləri görəcəksiz”  |     22:01 “Ermənipərəstin qızına Bakıda konsert edirik” - ETİRAZ ETDİ  |     21:04 “Özümü öldürmək istəyəndə Zülfiyyə mənə dərmanlar verdi ki, içim ölüm”  |     21:02 “Bizim adımızdan pul yığır ki, guya efirə çıxardacaq” - ZAUR ŞİKAYƏTÇİDİR  |     11:34 Şəfiqə Nağıyeva yenidən Rövşanənin verilişinə dəvət olundu - Video  |     19:20 Aygün Kazımova uşaqlıq fotosunu paylaşdı  |     14:14 Model sevgilisini döydüyü deyilən Ziyadan REAKSİYA (FOTO+VİDEO)  |     08:18 Azərbaycanlı aparıcı ilə futbolçu evlənir - Toy tarixi açıqlandı  |     08:16 “Mən cavan olmamışam, oğlan sevməmişəm” - Elnarə Abdullayeva  |     08:12 “Mini geyinsəniz də, maraqlı olmayacaqsız”  |     12:42 "Qovuşacağımız günə qədər məni gözlə" - Xatun qardaşından yazdı  |     11:31 Aygün Kazımova “gəlincik” oldu - Fotosessiya  |     08:04 Əməkdar artistin vəfatı ilə bağlı nekroloq  |     08:03 Elxan Qasımovla vida mərasimi keçiriləcək  |     08:00 “Barbie” Aygün Kazımova...  |    

“Nə qədər içi çirkinləşmiş insanlar var”

24.03.2023 - 31 - Maqazin

Aparıcı Vüsalə Əlizadə ötən gün Oqtay Əliyevin ölüm xəbərini canlı efirdə açıqlayarkən keçirdiyi hisləri tənqid edənlərə cavab verib.


OLAY yazır ki, bu barədə o, təqdim etdiyi “7 canlı” verilişində danışıb.

“Haqqımda nəsə paylaşılırsa, rəyləri oxumağı özümə qadağa qoymuşam. Təsadüfən baxıb gördüm ki, nə qədər içi çirkinləşmiş insanlar var aramızda, nə qədər axirətini bilməyib danışan insanlar var… İnanın ki, əməl dəftəriniz yüklənir, bu çox ağırdır, bununla axirətə getmək çox çətindir. Sevməyə bilərsiniz, amma olduğu kimi qəbullanın. Televiziyanın məsuliyyətini, ağırlığını kimsə bilməz. Mən bəlli bir şeylər yaşamışam. Və bunu çox böyük acı ilə deyirəm ki, qəza mənim də həyatımın ən ağır tərəfidir. Və “7 canlı” heyəti bu hadisəni efir öncəsi məndən gizlətdi.

Çünki bilirdilər ki, nə qədər acı çəkə bilərəm, nə yaşaya bilərəm. Efir formatı, veriliş mənim durumuma bağlı olduğu üçün komanda bunu məndən gizlətdi. Efirin bitməyinə az qalmış bu məlumat verildi və informasiyanı olduğu kimi çatdırmalıyam. İnformasiyaçıyam, mənim işim, borcumdur. Redaktor qulaqlıqla məlumatı verir. Bunu belə iyrənc həddə gətirib, mənim çəkdiyim acıya qatıb-qarışdırıb, yaşadıqlarıma şərhlər verib yazan insanlar çox acizsiniz, heyif. Əməl dəftərinizə çox yük yığırsnız. Həyat çox gözəldir, nə olar sevgi ilə yanaşaq”, - deyə, Əlizadə qeyd edib.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti