15:10 Kənan MM: “Mədəniyyət Nazirliyində məni rəsmi olaraq heç kim tanımır...”  |     12:06 "Qızı Təranənin məhkəməsinə gəlməkdən imtina edir"  |     12:00 Aygün Kazımovanın 3544 manatlıq dəsti  |     10:30 Avtomobillə vurulan Şəfiqə Nağıyevanın son vəziyyəti açıqlandı  |     23:31 Tolikin ad günündən çıxan vəkili maşın vurdu  |     22:04 “Ən yaxın zamanda maskaları düşəcək, şərəfsizləri görəcəksiz”  |     22:01 “Ermənipərəstin qızına Bakıda konsert edirik” - ETİRAZ ETDİ  |     21:04 “Özümü öldürmək istəyəndə Zülfiyyə mənə dərmanlar verdi ki, içim ölüm”  |     21:02 “Bizim adımızdan pul yığır ki, guya efirə çıxardacaq” - ZAUR ŞİKAYƏTÇİDİR  |     11:34 Şəfiqə Nağıyeva yenidən Rövşanənin verilişinə dəvət olundu - Video  |     19:20 Aygün Kazımova uşaqlıq fotosunu paylaşdı  |     14:14 Model sevgilisini döydüyü deyilən Ziyadan REAKSİYA (FOTO+VİDEO)  |     08:18 Azərbaycanlı aparıcı ilə futbolçu evlənir - Toy tarixi açıqlandı  |     08:16 “Mən cavan olmamışam, oğlan sevməmişəm” - Elnarə Abdullayeva  |     08:12 “Mini geyinsəniz də, maraqlı olmayacaqsız”  |     12:42 "Qovuşacağımız günə qədər məni gözlə" - Xatun qardaşından yazdı  |     11:31 Aygün Kazımova “gəlincik” oldu - Fotosessiya  |     08:04 Əməkdar artistin vəfatı ilə bağlı nekroloq  |     08:03 Elxan Qasımovla vida mərasimi keçiriləcək  |     08:00 “Barbie” Aygün Kazımova...  |    

"Məni quyunun dibindən çıxartdın, indi isə sən…" - Xatundan Dilarəyə

26.03.2023 - 48 - Maqazin

Müğənni Xatun Əliyeva avtomobil qəzasında dünyasını dəyişən Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin həyat yoldaşı Əməkdar artist Dilarə Əliyeva ilə bağlı paylaşım edib. 



SHOWXEBER.AZ xəbər verir ki, ifaçı qardaşı, stilist Balaşın vəfatından sonra yanında olan Dilarəyə dəstək olmağa çalışıb.

"Mən də quyunun dibində idim, əlimdən tutdun, dartdın, həyata qaytardın. Dedin "Özünü ələ al. Bəs Balaş səni belə zəif görsə, ruhu şad olmaz". Yeri gəldi üstümə qışqırdın. Mən də sənin varlığından, gücündən, dəstəyindən güc aldım. İnanmazdım quyudan çıxıb, xoş günlər də Allah nəsib edərmiş. İndi mənim gözəl, şən-şux Dilarəm, gülüşü ilə ətrafına sevinc bəxş edən dəyərli insanım, sən o qədər saf niyyətli, billur qəlbli, ağıllı, imanlı, həssas, xanımlar xanımısan... Sən də qalxacaqsan ayağa, yenə də güləcəksən. Banuşun (red. - Oqtay və Dilarənin qızı Banu) toyunu edəcəyik, nəvənin ad günləri, məktəbə getməyini, ali məktəbə qəbul olmağını, gəlin köçməyini, nəticəni qucağına alacaqsan. Amin. 

Oqtayın da ruhu şad olacaq. Allahdan sənə səbir, güc, sağlam və bərəkətli ömür dua edirəm" deyə, Xatun paylaşımında yazıb.

Qeyd edək ki, Oqtay Əliyev martın 22-də avtomobil qəzasında həlak olub. Hadisə zamanı maşında Dilarə ilə yanaşı Xalq artisti Mehriban Zəki də olub.

Xatunun qardaşı Balaş isə 2021-ci ildə xərçəngdən vəfat edib.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti