15:10 Kənan MM: “Mədəniyyət Nazirliyində məni rəsmi olaraq heç kim tanımır...”  |     12:06 "Qızı Təranənin məhkəməsinə gəlməkdən imtina edir"  |     12:00 Aygün Kazımovanın 3544 manatlıq dəsti  |     10:30 Avtomobillə vurulan Şəfiqə Nağıyevanın son vəziyyəti açıqlandı  |     23:31 Tolikin ad günündən çıxan vəkili maşın vurdu  |     22:04 “Ən yaxın zamanda maskaları düşəcək, şərəfsizləri görəcəksiz”  |     22:01 “Ermənipərəstin qızına Bakıda konsert edirik” - ETİRAZ ETDİ  |     21:04 “Özümü öldürmək istəyəndə Zülfiyyə mənə dərmanlar verdi ki, içim ölüm”  |     21:02 “Bizim adımızdan pul yığır ki, guya efirə çıxardacaq” - ZAUR ŞİKAYƏTÇİDİR  |     11:34 Şəfiqə Nağıyeva yenidən Rövşanənin verilişinə dəvət olundu - Video  |     19:20 Aygün Kazımova uşaqlıq fotosunu paylaşdı  |     14:14 Model sevgilisini döydüyü deyilən Ziyadan REAKSİYA (FOTO+VİDEO)  |     08:18 Azərbaycanlı aparıcı ilə futbolçu evlənir - Toy tarixi açıqlandı  |     08:16 “Mən cavan olmamışam, oğlan sevməmişəm” - Elnarə Abdullayeva  |     08:12 “Mini geyinsəniz də, maraqlı olmayacaqsız”  |     12:42 "Qovuşacağımız günə qədər məni gözlə" - Xatun qardaşından yazdı  |     11:31 Aygün Kazımova “gəlincik” oldu - Fotosessiya  |     08:04 Əməkdar artistin vəfatı ilə bağlı nekroloq  |     08:03 Elxan Qasımovla vida mərasimi keçiriləcək  |     08:00 “Barbie” Aygün Kazımova...  |    

Müğənni Nəfəs məsuliyyətə cəlb olunacaq?

30.03.2023 - 49 - Maqazin

Müğənni Nəfəsin (Günel Məmmədova) "7 Canlı” verilişində  sükan arxasında kəmərdən istifadə etməməsi ilə bağlı açıqlaması müzakirə yaradıb. 

İfaçının efirdə bu qayda pozuntusunu etiraf etməsi və daim belə halların təkrarlandığını bildirməsi tənqid edilib. Aparıcı Vüsalə Əlizadə dəfələrlə ifaçıya bunun qayda pozuntusu olduğunu, efirdə təbliğ etməməsini söyləsə də, o, maşın sürməyə başladığı vaxtdan bu səhvi etdiyini deyib. 

SHOWXEBER.AZ xəbər verir ki, məsələ ilə bağlı OLAY-a açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli qeyd edib ki, təhlükəsizlik kəmərindən istifadə etməyən sürücü birmənalı şəkildə inzibati məsuliyyətə cəlb olunur:


"Avtomobil idarə edildiyi zaman təhlükəsizlik kəmərindən istifadə edilmirsə, sürücü inzibati məsuliyyətə cəlb olunacaq. Bu, birmənalıdır. Həmin şəxs bildirir ki, kəmərdən istifadə etmir. Lakin məsələ bununla yekunlaşmır. Gərək yolda bu fakt aşkarlansın və sözügedən şəxsin qayda pozuntusuna yol verməsi sübut olunsun. 


Hər bir halda bunun reklam kimi efirdə səsləndirilməsi düzgün deyil. Çünki vətəndaşları qaydalara əməl etməyə səsləmək lazımdır. Bununla yanaşı, avtomobil idarə edərkən kəmərdən istifadə olunması sürücünün öz təhlükəsizliyi üçün vacibdir. Qayda pozuntusuna yol verməsi ilə bağlı faktın efirdə söhbət xatirinə səsləndirilməsi qınanılmalıdır. Heç olmasa verilişdə danışmasın ki, cəmiyyətə də bu qayda pozuntusunu təbliğ etməsin”.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti