30.03.2023 - 56 - Maqazin
"1987-ci ildə avqustun 1-də ailə qurdum. Həyat yoldaşım deyirdi ki, filan paltarı geyinmə, ora getmə, bunu etmə. Ona görə də mən efirə az çıxırdım".
SHOWXEBER.AZ Axşam-a istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist Bəsti Bəkirova "Günün sədası" verilişində deyib.
Müğənni ərindən danışaraq onun qısqanc olduğunu bildirib.
B.Bəkirovanın bir vaxtlar polis kimi fəaliyyət göstərən həyat yoldaşı efirə zəng edib: "Həyat yoldaşı xanımını anlamalıdır, yanında olmalıdır. Bu yaşımda başıma nə oyun açırsınız?!"
Proqramda qonaq olan Əməkdar artist Cavanşir Məmmədov isə deyib: "Faiq mənim dostumdur. İllərlə Bəstini toylara getməyə qoymayıb".