09:30 "Səsin traktor kimi xırıldayır, oxuya bilmirsən"  |     09:21 Azərbaycanlı müğənni ikinci dəfə ailə qurur  |     13:38 Elnarənin Röya ilə bağlı paylaşımı təəccübləndirdi  |     20:24 Bu verilişlərin də yayım saatı azaldıldı  |     20:18 “Mən və atam zərərçəkənlər üçün 100 milyon köçürdük” - Emin Ağalarov  |     12:12 Yusif Mustafayevə 110 min dollarlıq MAŞIN BAĞIŞLADILAR  |     12:07 “Bu hal təkrarlansa, onları rəzil edəcəyəm!” - Ülviyyə Xəlilbəyli  |     20:27 Zaurun verilişinin yayımı saat yarım azaldıldı  |     20:25 "Zaurun etdiyi yardım heç bir poqramda olmayıb"  |     11:36 Dilarə Kazımovadan retro fotosessiya  |     21:40 Tünzalə “Dünya yalnız səndən ibarət” dedi  |     12:20 Filipp Bakıya bu səbəbdən gəlib  |     18:31 SON DƏQİQƏ! Azərbaycanlı müğənninin anası vəfat etdi  |     15:47 Kadir İnanır xəstəxanaya yerləşdirildi  |     19:56 Röya Bakıya qayıtdı  |     18:41 Aygün Kazımovadan Röya ilə bağlı paylaşım  |     17:26 Namiq Məna oğlunun xəstəliyindən danışdı: “Beynində xoşxassəli şiş...”  |     15:55 Tünzalə Ağayeva Moskvada törədilən terror aktından danışıb  |     06:12 Vəfadan ölüm xəbərinə reaksiya  |     22:18 Silahlı insident baş verən “Vegas City Hall“da Röyanın konserti təxirə salındı  |    

Bu dəfə Müşviq “Cinemazadeh”i məhkəməyə verdi - 21 min istəyir

4.04.2023 - 85 - Maqazin

Aktyor Müşviq Şahverdiyevlə tanınmış film istehsalçısı “Cinemazadeh”in direktoru Cəfər Axundzadə arasındakı qalmaqal daha da böyüyüb. Belə ki, Müşviq şirkəti məhkəməyə verib.

Axşam.az-ın əldə etdiyi məlumata görə, bu gün Bakı Kommersiya Məhkəməsində ilkin iclas keçirilib və şikayətə baxılıb.


Məsələ ilə bağlı M.Şahverdiyev Axşam.az-a açıqlama verib. O bildirib ki, qarşı tərəfdən 21 min manat təzminat tələb edir:


"Ofis işi" serialı ilə bağlı biz də həmin şirkəti məhkəməyə verdik. Pulumuzu tam ödəməyiblər. Bir illik müqavilə imzalanmışdı. 3 ay pul verdilər, qalan qonorarı ödəmədilər. 21 min manat mənə borcu var. Uzunmüddətli serial olmalı idi, amma az çəkildi. Bu gün işə baxıblar, məhkəmə aprelin 20-də olacaq".


Aktyor “Cinemazadeh” şirkətinə bundan əvvəlki məhkəmədə uduzması məsələsindən də danışıb. O bildirib ki, hazırda sənədlər toplayır və iki gündən sonra apellyasiya məhkəməsinə müraciət edəcək:


"Bəzi məsələlər var, sənədlər hazırlanır, iki günə apellyasiya məhkəməsinə işi verəcəyik. Qarşı tərəflə danışmamışıq, onlarla işim yoxdur. Məni haqsız yerə məhkəməyə veriblər. Hakimlə və digər işlərlə bağlı bir çox gizli məqamlar var. Məhkəmə bitsin, qərara baxacam və hər şeyi danışacağam. Apellyasiya məhkəməsini uduzsam, ali Məhkəməyə müraciət edəcəyəm. Onlar heç bir dəlil göstərmədi, amma qalib gəldi. Bu, nə qədər ədalətlidir? Təsəvvür edin, məhkəmədə deyirlər ki, zəng vurduq gəlmədi. Bunu sübut edəcək dəlilləri belə yoxdur və hakim onlara inanır. Mənim isə dəlillərimi qəbul etmədilər".


Qeyd edək ki, şirkət aktyordan 90 min manat təzminat tələb edir. Şirkət Müşviqlə filmə çəkilməsi üçün müqavilə imzaladığını, aktyorun isə çəkilişlərə gəlmədiyini iddia edib. 


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti