04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |     12:09 Aytən Səfərovanın qabırğaları qırılıb - Həyat yoldaşı açıqladı  |     18:05 “8 martda Aygün Kazımovaya gül göndərdim” - Röya Ayxan  |     13:13 Lətifə Soyuözdən illər sonra yenilik - Audio  |     22:01 Tünzalə Ağayeva “Beynəlxalq Mədəniyyət Günü”ndə  |     11:18 "Gələcəkdə Ajda Pekkan kimi olacağam" - Xoşqədəm  |     09:56 Türkan Vəlizadə səs-küy yaradan estetik əməliyyatını şərh etdi  |     13:53 O pul olmasaydı, məcbur qalıb evimi, qızıllarımı satacaqdım - Xatun  |     13:50 Aygün Kazımova və Zülfiyyə Xanbabayeva bir arada - Fotolar  |     13:45 "TikTok bağlansın, oradakıların həyat tərzi tüfeylidir" - Müşfiq Abbasov  |     13:43 Röya “Sənə nə” dedi - Video  |     18:11 Xalq artisti canlı yayımda kövrəldi  |     16:40 "Ölkədə ziyalı yoxdur ki, müğənnilər ekspert olub?"  |     22:01 Xalq artisti Natiq Şirinovun qızının toyu olacaq  |     07:45 Röya Ayxan: “Bir gün Elnarə Xəlilovanın boğazından yapışacağam” - Video  |     07:42 “Ərəblər evimi pis günə qoydu, bir saat ağladım” - Nadir Qafarzadə  |    

Bacısından Elza Seyidcahana ağır sözlər: “Nəslimizi...”

17.04.2023 - 72 - Maqazin

“Biz bir-birimizə heç nə deməmişik. Amma yox kimiyik. İstəyirəm, Elza gözümün içinə baxıb desin ki, bu ayrılıq nədən oldu? Kim itirdi ki? Mən yox, o itirdi. Ona nə gəldi geyindirirlər, güldürürlər. Gah başına xoruz qoyur”. 

SHOWXEBER.AZ Bizim.Medi-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahanın böyük bacısı Lalə Seyidcahan “Maqazin Plus” verilişinə müsahibəsində deyib.


8 ildir küsülü olduğunu etiraf edən sənətçinin bacısı bildirib ki, hər zaman Elzanın “qulu” olub:


“O bilir mən kiməm, ona görə də üzümə çıxmır. Elza bunlara görə mənə cavab verəcək. Mən evin, nəslin böyüyəm. Niyə bunu edir, bizdən qaçır? Axı hər şeyi onun üçün etdik. Rasimə, Mehriban xaricdən gələndə onun üçün paltarlar gətirirdilər. Biz bu oyundan çıxmadıq, Elza etdi. Gözümün içinə baxıb desin ki, bu nə oyundur? Bəsdir! Siyəzəndən xəbər gəldi ki, Elza xanım qurban kəsib, nəvəsi üçün, sizin payınız da bizdədir. Dedim, haradadır? Dedilər ki, Siyəzəndədir. Allahın adına kəsib, amma qurban ətindən ötrü Siyəzənə gəlim? Yenə də biz onun başını uca tuturuq. O dərəcədədir ki, sən qurban ətini mənə çatdırmaq istəmirsən.


Özü də Laləyə. Mən həmişə sənin qulun olmuşam, həmişə geyindirib-kecindirmişəm, bəzəmişəm, pul istəməmişəm, nələrsə tələb etməmişəm. Amma sən yoxsan. Bunun hesabını soruşacam. Ürək qırmaqdan pis nə var? Hər şeyi Allah bağışlayır. Ürəyin qırılmağını mən yaşadım. Ölsək də, can versək də, nə vaxtsa bir-birimizi çağıracağıq, onda ona deyəcəyəm, üz-üzə oturacağam”.


O, bildirib ki, heç zaman bacısını bağışlamayacaq:


“Onu bağışlamayacağam (ağlayır). Mən həmişə açıqlama verməkdən qaçmışam. Reklam xatirinə ağlamıram. Rasimə də efirə çıxmaq istəyir, getmir, deyir, sual verəcəklər. Deyirəm, Rasimə, nə vaxta qədər gizlənəcəyik? Axı işimiz budur, çörək qazanmalıyıq, irəli getməliyik. Deyir ki, axı soruşacaqlar, deyirəm, nələrisə danış.


Lalənin sözlərinə görə, Elzanın rəfiqələri onunla aralarında olan münasibətlərə “zəhər” toxumları səpərək, hətta onunla salamlaşmağa belə icazə vermirlər:


“Onun sözünə baxdığı adamlar da cavabsız qalmayacaq. O, bizim nəslimizi geri saldı. İrəli getməyi üçün çox şeylər etmişdik. Nəinki məni və digər bacılarını, hətta uşaqlarımızın da psixologiyasını pozdu. Onlar indi də anlamırlar ki, nə baş verir. Mənə, nəslimizə açıqlama ver! Bir özü, bir də bərbad geyimləridir. Özü də qocalıb, mən burada işləyirəm, düz qarşımdan keçir. Guya telefonla danışır. Mən isə düz baxıram. Baxacağam da. Mənə salam vermir. Rəfiqələri buna icazə vermir. Bizim pullarımızla ona ev, maşın aldırırlar, xaricə köçürlər. O pulları tək qazanmayıb ki,… Biz 4 bacı birgə qazanmışıq. Elza elə-belədən Elza Seyidcahan olmadı”. 


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti