14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |     14:14 “Nə yaxşı kı, dünyaya gəlmişəm“ - DOĞUM GÜNÜDÜR  |     15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |     14:46 Bu gün qızının toyudur - Mediaya qapalı olacaq  |     14:43 "Babamın haqsızlığa ürəyi dözmədi" - FOTOLAR  |     14:40 Aparıcı ilə xanəndə arasında qalmaqal  |     14:26 Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı  |     14:21 “Bir insan ki, illərdir tanıdığı insana qarğış edə...” - Müğənni  |     14:19 Aysun: Depressiya keçirirəm  |     14:17 Yaşar Yusubdan kişi həmkarlarına: “Qadın kimi…”  |     13:19 Aygün Kazımovadan daha bir diqqətçəkən yenilik  |     12:57 Cavanşir Məmmədov vəfat etdi  |     10:15 Bir millət, iki dövlət: Qardaşlıq layihəsi  |     04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |     12:09 Aytən Səfərovanın qabırğaları qırılıb - Həyat yoldaşı açıqladı  |     18:05 “8 martda Aygün Kazımovaya gül göndərdim” - Röya Ayxan  |    

“Space”in Ramazan HESABATI

22.04.2023 - 105 - Sosial

“İnam” verilişi digər aylardan fərqli olaraq Ramazan ayında “Space” televiziyasına yeni rəhbəri Vado Korovinin dəstəyi ilə iftarda, imsakda və qədir gecələrində canlı yayımlanaraq ölkənin mənəvi mühitindəki boşluğu demək olar ki, tamamilə doldurmuş oldu.

SHOWXEBER.AZ 525.Az-a istinadən xəbər verir ki, 
Bu addımı ilə “Space” televiziyası Azərbaycan Prezidenti İlham Əliyevin dövlət-din siyasətinə əməli addımlarla dəstək verdi. Bununla bərabər illərdir digər müsəlman ölkələrində Ramazan ayı ilə bağlı verilişləri izləyən Azərbaycanın inanclı cameəsi birmənalı olaraq Seyid Camal Əzimbəylinin müəllifi və aparıcısı olduğu “İnam” verilişinin kontingentinə çevrildi. Tamaşaçıları bu verilişə cəlb etməklə “İnam” Azərbaycan insanının, xüsusilə gənclərin yad təsirlərdən qorunmasında özünəməxsus rol oynadı.


Bu məsələdə “Space” televiziyasının “İnam” layihəsini dəyərləndirməsi də telekanalın yeni rəhbərliyinin uğuru oldu ki, ölkənin inanclı izləyicilərini bütünlüklə özünə cəlb edə bildi. 


Ölkənin ən baxımlı və bir saylı dini proqramı kimi qəbul edilən “İnam” verilişi həm də fərqli sahələrdən qonaqlar dəvət edərək dövlət-din münasibətlərinə öz töhfəsini verdi. Ən əsası ölkənin dini mühitindəki mövcud boşluğun doldurulmasında “İnam” verilişinin müstəsna xidmətinin olduğunu izləyicilər və cəmiyyət açıq-aydın gördü. Bunu verilişə ünvanlanan minlərlə mesajlardan və zənglərdən görmüş olduq.


Demək olar ki, “Space” və “İnam” Ramazan hesabatını uğurla verdi. Çünki “Space” televiziyası Azərbaycandakı milli-mənəvi dəyərlərə verdiyi bu dəstəklə inanclı elektoratı özünə cəlb etdi. Həmçinin tamaşaçılar “İnam” verilişinin simasında “Space” televiziyasını yeni ampluada görmüş oldu.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti