15:10 Kənan MM: “Mədəniyyət Nazirliyində məni rəsmi olaraq heç kim tanımır...”  |     12:06 "Qızı Təranənin məhkəməsinə gəlməkdən imtina edir"  |     12:00 Aygün Kazımovanın 3544 manatlıq dəsti  |     10:30 Avtomobillə vurulan Şəfiqə Nağıyevanın son vəziyyəti açıqlandı  |     23:31 Tolikin ad günündən çıxan vəkili maşın vurdu  |     22:04 “Ən yaxın zamanda maskaları düşəcək, şərəfsizləri görəcəksiz”  |     22:01 “Ermənipərəstin qızına Bakıda konsert edirik” - ETİRAZ ETDİ  |     21:04 “Özümü öldürmək istəyəndə Zülfiyyə mənə dərmanlar verdi ki, içim ölüm”  |     21:02 “Bizim adımızdan pul yığır ki, guya efirə çıxardacaq” - ZAUR ŞİKAYƏTÇİDİR  |     11:34 Şəfiqə Nağıyeva yenidən Rövşanənin verilişinə dəvət olundu - Video  |     19:20 Aygün Kazımova uşaqlıq fotosunu paylaşdı  |     14:14 Model sevgilisini döydüyü deyilən Ziyadan REAKSİYA (FOTO+VİDEO)  |     08:18 Azərbaycanlı aparıcı ilə futbolçu evlənir - Toy tarixi açıqlandı  |     08:16 “Mən cavan olmamışam, oğlan sevməmişəm” - Elnarə Abdullayeva  |     08:12 “Mini geyinsəniz də, maraqlı olmayacaqsız”  |     12:42 "Qovuşacağımız günə qədər məni gözlə" - Xatun qardaşından yazdı  |     11:31 Aygün Kazımova “gəlincik” oldu - Fotosessiya  |     08:04 Əməkdar artistin vəfatı ilə bağlı nekroloq  |     08:03 Elxan Qasımovla vida mərasimi keçiriləcək  |     08:00 “Barbie” Aygün Kazımova...  |    

“Azdrama“nın küçədə gecələyən aktyoru: “Ölmək istəyirəm”

16.05.2023 - 31 - Mədəniyyət

Akademik Milli Dram Teatrının aktyoru, Prezident mükafatçısı Elçin Əfəndi küçələrdə gecələyir.


"SHOW XƏBƏR" Qaynarinfo-ya istinadla xəbər verir ki, aktyorun nə yaşamağa evi var, nə də kirayə qalmağa imkanı var:

"Rəhmətik Azərpaşa Nemətovun sağlığında Bakı Şəhər İcra Hakimiyyətinə məktub yazırdı ki, mənə heç olmasa köhnə binadan ev versinlər. Oradan cavab gəldi ki, qeydiyyata aldıq, növbəyə götürdük. Azərpaşa müəllim əsəbləşib icra hakimiyyətinə telefon etdi, bildirdi ki, "İstəyirsiniz mən cənab Prezidentə teleqram vurum? Sizin fondda 2 otaq ev yoxdur ki, respublikanın bir nömrəli teatrının aktyoruna, Prezident mukafatçısına 2 otaq verəsiniz? Aktyor küçədə yatır. Həmin aktyor səhnədə obraz yaradır, siz də tamaşaya gələndə baxıb dincəlirsiniz, sonra əl çalırsınız. Amma aktyora 2 otaq ev vermirsiz ki, ailəsini, uşağını gətirib insan kimi yaşasın”.

İcra hakimiyyətindən dedilər ki, bunun üçün Mədəniyyət Nazirliyi quruma məlumat verməlidir. Həmin vaxt nazir Anar Kərimov idi. Anar Kərimov teatra tamaşaya baxmağa gəlmişdi. Tamaşadan sonra Azərpaşa müəllim İlham Rəhimli ilə birlikdə problemi nazirə dedi. Nazir də dinləyəndən sonra dedi ki, niyə bizim bundan xəbərimiz yoxdu? Söz verdi ki, bu məsələni Prezidentə deyəcək. Azərpaşa müəllim ölümündən bir gün qabaq mənə dedi ki, mədəniyyət naziri Adil Kərimliyə deyəcəm, bizə bu məsələdə kömək etsin, səni kücələrdə belə görəndə pis oluram”.

Elçin Əfəndi deyir ki, bu məsələdən bir az sonra mədəniyyət nazirini vəzifəsindən uzaqlaşdırdılar:

"İndi evsizəm, bu nə qədər davam edəcək bilmirəm. Dəhşət odur ki, oynadığım tamaşaların arasında 7-8 gün fərq olanda rayona gedib- gəlirəm. Ailəm 3 aydır rayondadır, özüm isə dost-tanış qapısında. Bəzən onlardan kimsə evdə olmayanda gecəni küçələrdə keçirirəm. Kirayə çox bahadır, 400 manatdan aşağı normal ev yoxdur. Bunun kommunal xərcləri də var, bu qədər pulu hardan alım? Övladım məndən uzaqda böyüyür, bu, məni narahat edir. Bunu nə insanlıq, nə də Allah götürməz. Hamımız öləcəyik, kimsə bu dünyanı tutub qalmayacaq deyib gülürəm. Kənardan baxan elə bilir ki, məndən bəxtəvər adam yoxdur. İçim qan aglayır. Tamaşa oynayanda fikirim övladımın yanında qalır, xəstə olan günləri də olur, qayğısına qala bilmirəm. İndi mən səhnədə obraz yaradım, yoxsa 405 km məsafədə olan ailəmi, uşağımı düşünüm? Cavabını mənə deyin, yaxşı ki, həyatda ölüm var".


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti