15:10 Kənan MM: “Mədəniyyət Nazirliyində məni rəsmi olaraq heç kim tanımır...”  |     12:06 "Qızı Təranənin məhkəməsinə gəlməkdən imtina edir"  |     12:00 Aygün Kazımovanın 3544 manatlıq dəsti  |     10:30 Avtomobillə vurulan Şəfiqə Nağıyevanın son vəziyyəti açıqlandı  |     23:31 Tolikin ad günündən çıxan vəkili maşın vurdu  |     22:04 “Ən yaxın zamanda maskaları düşəcək, şərəfsizləri görəcəksiz”  |     22:01 “Ermənipərəstin qızına Bakıda konsert edirik” - ETİRAZ ETDİ  |     21:04 “Özümü öldürmək istəyəndə Zülfiyyə mənə dərmanlar verdi ki, içim ölüm”  |     21:02 “Bizim adımızdan pul yığır ki, guya efirə çıxardacaq” - ZAUR ŞİKAYƏTÇİDİR  |     11:34 Şəfiqə Nağıyeva yenidən Rövşanənin verilişinə dəvət olundu - Video  |     19:20 Aygün Kazımova uşaqlıq fotosunu paylaşdı  |     14:14 Model sevgilisini döydüyü deyilən Ziyadan REAKSİYA (FOTO+VİDEO)  |     08:18 Azərbaycanlı aparıcı ilə futbolçu evlənir - Toy tarixi açıqlandı  |     08:16 “Mən cavan olmamışam, oğlan sevməmişəm” - Elnarə Abdullayeva  |     08:12 “Mini geyinsəniz də, maraqlı olmayacaqsız”  |     12:42 "Qovuşacağımız günə qədər məni gözlə" - Xatun qardaşından yazdı  |     11:31 Aygün Kazımova “gəlincik” oldu - Fotosessiya  |     08:04 Əməkdar artistin vəfatı ilə bağlı nekroloq  |     08:03 Elxan Qasımovla vida mərasimi keçiriləcək  |     08:00 “Barbie” Aygün Kazımova...  |    

Axtarışda olan Ülviyyə Alovlu: "Murad Arifin konsertində olacağam, gəlib aparsınlar"

19.05.2023 - 19 - Maqazin

Jurnalist Ülviyyə Alovlunun axtarışda olması ilə bağlı məlumat yayılıb. Bu barədə qərar Binəqədi Rayon Məhkəməsində çıxarılıb. 

Axşam.az xəbər verir ki, Xalq artisti Flora Kərimova ötən gün açıqlama yayaraq, məhkəmənin gedişatından narazı olduğunu, Ülviyyənin 5 aydır tapılıb məhkəməyə gətirilmədiyini bildirib. Bunun ardından Alovlu da paylaşım edərək, yayılanlara reaksiya verib. 


O bildirib ki, Bakıdadır və özünə qulluq etməklə məşğuldur. Ülviyyə plastik əməliyyatlar etdirdiyini, ötən gününü isə gözəllik salonunda keçirtdiyini vurğulayıb:


"Murad Arifin ilk solo konsertinə hazıram. Heç kim də məni axtarmır. 2022-ci ilin xəbərlərini gündəmə gətirməyə, mənim gündəmdə qalmağıma çalışdı. 2022-ci ilin sənədini 2023-cü il kimi qələmə verir. Getdiyim hər yeri bundan sonra işarələyəcəyəm. Heydər Əliyev Sarayında olacağam, kimsə axtarırsa, gəlib aparsın. Hakim Abbas Rzayevə zəng edirəm, deyir ki, belə bir şey yoxdur. Yenilənmiş, gözəlləşmiş halda buradayam".


Qeyd edək ki, Ülviyyə Muradova Xalq artisti Flora Kərimova tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə şikayət edib. Onun şikayəti əsaslı hesab olunaraq jurnalist barəsində Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət təqibi başlanılıb.


Xatırladaq ki, tərəflər arasında qalmaqala səbəb Ü.Alovlunun Flora Kərimova barəsində sosial şəbəkələrdə səsləndirdiyi fikirlər olub.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti