22.05.2023 - 21 - Maqazin
Türkiyəli müğənni, aktyor Nuri Sesigüzel vəfat edib.
SHOWXEBER.AZ xəbər verir ki, bu barədə müğənni İbrahim Tatlısəs məlumat yayıb. Nuri 86 yaşında müalicə aldığı xəstəxanada ürək çatışmazlığından dünyasını dəyişib.
Qeyd edək ki, karyerasına müğənniliklə başlayan Sesigüzel aktyor kimi 1963-cü ildə "Kara yılan" filmi ilə izləyicilərin qarşına çıxıb. O, "Fabrikanın gülü", "Kara tren", "Aşk türküsü", "Mahallenin namusu", "Kaderin oyunu" kimi ekran işlərində də rol alıb. "Geceler yarim oldu", "Burçak tarlası", "Kara sevda" kimi filmlərin mahnıları da Sesigüzelə məxsusdur.