15:10 Kənan MM: “Mədəniyyət Nazirliyində məni rəsmi olaraq heç kim tanımır...”  |     12:06 "Qızı Təranənin məhkəməsinə gəlməkdən imtina edir"  |     12:00 Aygün Kazımovanın 3544 manatlıq dəsti  |     10:30 Avtomobillə vurulan Şəfiqə Nağıyevanın son vəziyyəti açıqlandı  |     23:31 Tolikin ad günündən çıxan vəkili maşın vurdu  |     22:04 “Ən yaxın zamanda maskaları düşəcək, şərəfsizləri görəcəksiz”  |     22:01 “Ermənipərəstin qızına Bakıda konsert edirik” - ETİRAZ ETDİ  |     21:04 “Özümü öldürmək istəyəndə Zülfiyyə mənə dərmanlar verdi ki, içim ölüm”  |     21:02 “Bizim adımızdan pul yığır ki, guya efirə çıxardacaq” - ZAUR ŞİKAYƏTÇİDİR  |     11:34 Şəfiqə Nağıyeva yenidən Rövşanənin verilişinə dəvət olundu - Video  |     19:20 Aygün Kazımova uşaqlıq fotosunu paylaşdı  |     14:14 Model sevgilisini döydüyü deyilən Ziyadan REAKSİYA (FOTO+VİDEO)  |     08:18 Azərbaycanlı aparıcı ilə futbolçu evlənir - Toy tarixi açıqlandı  |     08:16 “Mən cavan olmamışam, oğlan sevməmişəm” - Elnarə Abdullayeva  |     08:12 “Mini geyinsəniz də, maraqlı olmayacaqsız”  |     12:42 "Qovuşacağımız günə qədər məni gözlə" - Xatun qardaşından yazdı  |     11:31 Aygün Kazımova “gəlincik” oldu - Fotosessiya  |     08:04 Əməkdar artistin vəfatı ilə bağlı nekroloq  |     08:03 Elxan Qasımovla vida mərasimi keçiriləcək  |     08:00 “Barbie” Aygün Kazımova...  |    

"20 ildir bu sahədəyəm, niyə fəxri adım yoxdur?"

25.05.2023 - 22 - Mədəniyyət

"Ürəyimdə qalıb məni incidənə qədər deyim, sizi incitsin. Aktyorlarımız qədər birliyi olmayan, bir-birini dəstəkləməyən, ümumiyyətlə həmfikir olmayan ikinci bir ölkə sənətçiləri tanımıram. Nə zaman hansısa kanalda aktyorların (çəkiliş, qonorar və s.) problemlərinə toxunan mövzular barədə fikir bildirmişəm, heç bir zaman paylaşıma belə dəstək xarakterli yazı belə yazmayıblar, bəyənməyiblər. Elə bilirsiniz görmürlər? Çox gözəl görürlər. Bütün günü sosial şəbəkələrdə oturub başqa ölkənin bizə aid olmayan məişət söhbətlərini, cəmiyyətimizin lazımlı ve lazımsız bütün məsələlərini status halına gətirib, lağ-lağı edə bilirlər. Amma... Hə, niyə səslərini çıxarmırlar?".


"SHOW XƏBƏR" xəbər verir ki, bu sözləri aktrisa Zülfiyyə Qurbanova bildirib. Sənətçi illərdir bu sahədə olmasına baxmayaraq fəxri ad və mükafat almamasından gileylənib:

"Qorxurlar ki, hansısa rejissor oxuyar, sonra onları çəkməz. Amma hansı biri ilə rastlaşıramsa, deyirlər ki, çıxışınla razıyam. Heç kəsin görmədiyi yerdə dəstək cümlələri qurmaq üçün ürəyiniz gedir. Ona görə özümə söz vermişəm, bundan sonra nə zaman müzakirə xarakterli verilişdə sənətdə olan çatışmazlıqları dilimə gətirib, müzakirəyə qoşulsam, ancaq özümə toxunan məsələləri işıqlandıracağam. 20 ildir bu sahədəyəm, niyə adım və ya mükafatım yoxdur? Halbuki işlərimlə dünyanı gəzmişəm, hələ layihələrimizin aldığı mükafatları demirəm. Yerli layihələrdə göstərdiyim aktyor işlərindən danışmıram... Havayı, heç bir əziyyət çəkmədən halva kimi boşqabına hazır nələrsə gələn adamlar bilməz nədən danışıram".

Aktrisa daha sonra yazılan şərhlərə "Hazır oturub axmaq-axmaq söhbətlər edirlər. Özlərini küçədən kimsə tutub aktyor, aktrisa edib. Elə bilirlər hər kəs onların günündədir. Xeyr... Mənim kimi əziyyət çəkib öz sahəsinin magistratura pilləsini oxuyanlar da var. Öz istedadının, öz zəhmətinin hesabına" fikrini bildirib.

//axşam.az


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti