12:57 Cavanşir Məmmədov vəfat etdi  |     10:15 Bir millət, iki dövlət: Qardaşlıq layihəsi  |     04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |     12:09 Aytən Səfərovanın qabırğaları qırılıb - Həyat yoldaşı açıqladı  |     18:05 “8 martda Aygün Kazımovaya gül göndərdim” - Röya Ayxan  |     13:13 Lətifə Soyuözdən illər sonra yenilik - Audio  |     22:01 Tünzalə Ağayeva “Beynəlxalq Mədəniyyət Günü”ndə  |     11:18 "Gələcəkdə Ajda Pekkan kimi olacağam" - Xoşqədəm  |     09:56 Türkan Vəlizadə səs-küy yaradan estetik əməliyyatını şərh etdi  |     13:53 O pul olmasaydı, məcbur qalıb evimi, qızıllarımı satacaqdım - Xatun  |     13:50 Aygün Kazımova və Zülfiyyə Xanbabayeva bir arada - Fotolar  |     13:45 "TikTok bağlansın, oradakıların həyat tərzi tüfeylidir" - Müşfiq Abbasov  |     13:43 Röya “Sənə nə” dedi - Video  |     18:11 Xalq artisti canlı yayımda kövrəldi  |     16:40 "Ölkədə ziyalı yoxdur ki, müğənnilər ekspert olub?"  |     22:01 Xalq artisti Natiq Şirinovun qızının toyu olacaq  |    

"Bu görüntülərin müzakirə olunacağını bilirdim" - Video+Fotolar

25.05.2023 - 78 - Maqazin

Bir çox məşhur mahnıların bəstəkarı, müğənni Sivva (Sevinc Ağasıyeva) "Bu sənmisən" adlı yeni mahnısını və ona çəkdirdiyi klipini təqdim edib.


"SHOW XƏBƏR" xəbər verir ki, Sivva ilk dəfə başqa bir bəstəkardan mahnı oxuduğunu bildirib. Bəstənin söz və musiqisi İsmayıl Əliyev, aranjimanı Camal Qurbanova aiddir. Klipin rejissor işi Emin Muradova həvalə edilib. Sivva ekran işindəki rəqsi ilə diqqət çəkib.

O bildirib ki, klipi izləyənlərin bir çoxu rəqsi onun etdiyini bilməyib:

"Bu rəqsə qısa müddətdə hazırlaşdım. Hələ orada tam olaraq göstərə bilmədim. 1 ay ərzində iki xareoqrafla çalışdım. İlk dəfədir başqa bəstəkardan mahnı götürdüm. Beş-altı mahnı içərisindən seçdim. Oxuyanda hiss etdim ki, bəstəyə aşiqəm. Dinləyəndə artıq rəqs təsəvvürümdə yaranmışdı. Bütün komandam hər şeyi təşkil etdi. Bunun üçün peşəkar ayaqqabı da aldıq. Amma yağışda onunla rəqs etmək çətin idi. Səhərə qədər tərəf müqabilim Kamil Bayramovla suyun altında əsirdik, hətta ayağım sürüşürdü. Amma nəticə yaxşı oldu. Çoxları şlyapamı da bəyənib. Oradakı saçaqlar da yağışı əks etdirir. Obraz olaraq sevgilimi görmək istəmirəm. Klipin içində ehtiras da, göz yaşı da, təəssüf hissi də, sevgi də var".

Sivva bildirib ki, mahnıda qadınlara mesaj göndərib:

"Mesaj göndərirəm ki, emosiyalarına qalib gəlib, hisslərini idarə etsinlər. Ətrafımda o qədər xanım var ki, oğlan gedir, qayıdanda onu bağışlayırlar. Hisslərinizə qapanıb, iki, üç dəfə səhv etməyin. Burada göstərmişəm ki, bir qadının ağlı emosiyalarına qalib gəlir".




Showxeber Bizi instagramda izləyin



Xəbər xətti