16:31 Xalq artisti Snup Doqla məzələndi: “Yevlaxa gəl, Yevlaxa”  |     11:28 Emil Rəhmanoğlu vəfat etdi  |     09:15 Tanınmış aktrisa atasının silahı ilə intihar etdi  |     09:06 Üç dəfə xərçəng oldu, altı ay dedilər, 21 il yaşadı: Kayahanın qalmaqallı həyatı - VİDEO  |     12:24 "Nisə Qasımovaya haqqımı halal etmirəm" - Ceyran Həşimova  |     07:47 18 sentyabr - Milli Musiqi Günüdür  |     04:57 Dünyasını dəyişən anasının fotosunu paylaşdı  |     04:41 Emin Ağalarov övladları ilə bağlı paylaşım etdi - FOTO  |     21:13 "Hiss burada özü ilə yarışır.." - VİDEO  |     10:39 Samirə Oqtayla münasibətindən danışdı: “Ayrı-ayrı otaqlarda qalmışıq”  |     18:25 “Nikosayağı” xəstəxanadan çıxdı  |     18:23 İlkin Həsəni ikinci dəfə ata oldu  |     18:16 Mətanət ilk sevgisindən danışdı: “Bir-birimizə qovuşmasaq da...”  |     18:15 “Pulumu 3 qat artıq qaytarasa belə, onu bağışlamayacağam”  |     18:33 “17 il oxuyub 1000 manat maaşla harasa işə düzəlmək məntiqsizdir” - Nura  |     21:48 Keçmiş gəlini Mətanət İsgəndərlini məhkəməyə verir  |     15:36 Dilarənin ağ və qara dünyası... – FOTOLAR  |     11:14 Sedadan Xoşqədəmə: “Mənim verilişim səninkinə bənzəməz”  |     11:07 Cavanşir Məmmədovun keçmiş kürəkəninin yenidən məhkəməsi başladı  |     10:55 "Görəsən, sənə bunu edənlər heç vicdan əzabı çəkir?"  |    

Əməkdar artistin vəfatı ilə bağlı nekroloq

30.05.2023 - 90 - Mədəniyyət

Mədəniyyət Nazirliyi Əməkdar artist Elxan Qasımovun vəfatı ilə əlaqədar nekroloq yayıb.

SHOWXEBER.AZ xəbər verir ki, nekroloqda deyilir:


"Azərbaycan mədəniyyətinə və kino ictimaiyyətinə itki üz verib. Respublikanın Əməkdar artisti, tanınmış aktyor, rejissor Elxan Qasımov mayın 29-da, 78 yaşında vəfat edib.


Elxan Məmməd oğlu Qasımov 24 aprel 1945-ci ildə Naxçıvanda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki ADMİU) SSRİ Xalq artisti Adil İsgəndərovun kursunda aktyorluq (1962–1966), Leninqrad (indiki Sankt-Peterburq) Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunda rejissorluq (1973–1978) ixtisası üzrə ali təhsil alıb.


Tələbə ikən çəkildiyi "Əhməd haradadır" (1963) filmi (sürücü Əhməd) ilə tanınan və tamaşaçı rəğbəti qazanan Elxan Qasımov 1969-cu ildən "Azərbaycanfilm" kinostudiyasında çalışıb. Müxtəlif filmlərdə yaddaqalan rollar oynayıb, rejissor kimi “Köhnə bərə”, “Biz qayıdacağıq” filmlərinə quruluş verib. Həmçinin sənədli filmlərin, "Mozalan" kinosüjetlərinin müəllifidir.


Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 2000-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb.


Elxan Qasımovun əziz xatirəsi onu tanıyanların, həmkarlarının, kinosevərlərin qəlbində yaşayacaq.


Allah rəhmət eləsin".


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti