31.05.2023 - 209 - Sosial
Ötən ilin yayında futbolçu Ruslan Cəfərov ilə nişanlanan Baku TV-nin xəbər aparıcısı Turan Məmmədli ailə qurmağa hazırlaşır.
SHOWXEBER.AZ OLAY-a istinadən xəbər verir ki, cütlüyün toyu iyulun 7-i Bakıdakı restoranların birində baş tutacaq.
Qeyd edək ki, R. Cəfərov Azərbaycan Premyer Liqasının təmsilçilərindən olan “İnter Baku” klubunda müdafiəçi kimi çıxış etmiş peşəkar futbolçudur. 2012-ci ildən bəri həm bankirlərin əvəzedicilər yığmasında, həm də əsas komandasında çıxış edir.