19:39 Telli və Zülfiyyə arasında DAVA: “Başından böyük yalan danışmısan”  |     19:36 Bəhram yenə “kəndli-şəhərli” söhbəti saldı, qalmaqal qopdu: “Qaşınır...”  |     19:31 Ağakərimin son vəziyyəti açıqlandı  |     22:19 Kibariyə ərinə haqq qazandırdı: "Xəyanət etməyən kişi yoxdur"  |     22:16 Pərvin çəkilişlərdə xəstəlik tapdı! “Əməliyyat olundum”  |     21:48 Hadisenin ayrıldığı sevgilisi toy hazırlığına başladı  |     07:20 Jerar Depardye məhkəmə qarşısına çıxarılacaq  |     12:07 Aktyor dayanacaqlardan şikayət etdi: "Maaşımızın yarısı gedir"  |     12:06 Hüsniyyə Azərbaycandan köçdü  |     12:04 Flora Kərimova Sevinc Heydərovanı məhkəməyə verib  |     12:01 Mələkxanım Eyubovanın qızının toyundan kim küsüb gedib?  |     09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |    

“Space”dən Zamirə Dadaşovanın ittihamlarına cavab: "Xanımdır, istəmirik ki..."

7.07.2023 - 364 - Maqazin

“Space” televiziyasının baş redaktoru Elnurə Nağıyeva Teleqraf.com-a açıqlamasında teleaparıcı Zamirə Dadaşovanın ittihamlarını cavablandırıb.


Müsahibəni təqdim edirik.

- Zamirə Dadaşova “Space” MMC-nin direktoru Vado Korovin haqqında bəzi ittihamlar səsləndirib. Bu ittihamlar haqqında nə deyə bilərsiniz?

- Zamirə xanım bu açıqlamasından öncə bir neçə mətbuat orqanında bu mövzuda qərəzli iddialarla çıxış edib. Hətta bir neçə ziyalını da danışdırıb. Halbuki məsələ heç də verilişin mahiyyəti ilə bağlı deyildi. O, əsas məsələdən yayınır və bizim aramızda olan söz-söhbətin nədən yarandığını bildirmir. Məsələni başqa tərəflərə çəkir, guya biz səviyyəli bir verilişi bağlayırıq.

Verilişdə sponsor şirkətlərdən biri ilə sponsorluq etmək haqqında danışıblar, bizdən əvvəlki rəhbərliklə, konkret deyə bilmərəm kiminlə. Mən keçmiş rəhbərliyi də şübhə altına qoymaq istəmərəm. Efirdə hansısa məhsulun və məkanın reklamı gedirsə, təbii ki, rəhbərliklə bu və ya başqa formada razılaşdırılır. Ola bilsin, ikinci-üçüncü səlahiyyətli şəxslərlə, hansısa formada razılaşdırılma lazımdır.

Sponsor şirkətlərdən biri olan böyük bir obyekt heç vaxt telekanalda pulsuz reklam oluna bilməz. Barter olsa belə, müqavilə bağlanmalıdır.

Vado Korovinin komandası rəhbərliyə gələndə, birdən-birə bütün verilişləri araşdırmaq, izləmək fürsətimiz yox idi. Çünki verilişlərin sayı çox idi və yavaş-yavaş efirə nəzarət edirdik. Bir də gördük ki, “Açıq söhbət” verilişində sponsor şirkətlərdən birinin reklamı gedir və kassaya pul daxil olmur.

Zamirə xanımla çox gözəl ünsiyyətimiz var idi. O, haqqımda bildirir ki, mənim üzümü görməyib, amma işə gəlsəydi, görərdi. Mən hər zaman işdə olmuşam. Bütün əməkdaşlar da məni tanıyır. Biz onunla çox normal qaydada verilişlə bağlı müzakirələr aparırdıq, bu qonağı çəkmək olarmı, olmazmı?

Bir gün dedim ki, Zamirə xanım, verilişdə sponsor şirkətlərdən biri olan obyektin reklamı gedir, yəqin ki, kanala pul ödəyir. Zamirə xanım isə cavabında mənə dedi ki, xeyr, biz elə danışmamışıq, onlar bizə çəkiliş üçün məkan və qonaqlarıma çay və sair təqdim edirlər. Mən isə dedim ki, Zamirə xanım, bu, bir az gülünc görsənir, heç bir telekanal qonağa çay verdiyinə görə hər hansı obyekti reklam edə bilməz. O da mənə cavab verdi ki, bəs, verilişə çıxarkən saçımızı da düzəltdiririk. Dedim ki, saç düzəldən adamın imkanları ilə bu böyüklükdə obyekt eyni tutula bilməz. Sponsor şirkətlərdən biri olan obyektin verilişdə bir dəqiqəlik reklam çarxı gedir.

Vado Korovin kanala rəhbər təyin edildikdən sonra yayımlanan verilişdən söhbət gedir. Zamirə xanım verilişdə qeyd edir ki, proqramın sponsoru bu sponsor şirkətlərindən biridir. Biz bildirdik ki, bu şərtlərlə alınmayacaq. Belə çıxır ki, köhnə rəhbərliyə pul ödənilir, bizə deyilir ki, pul təqdim edilmir.

Yaxud tutaq ki, siz deyən kimi obyekt pulsuz reklam edilirsə, biz bunu qəbul edə bilmərik. Zamirə xanım özü bildirirdi ki, biz "filan obyekt verilişin təşkilati dəstəkçisidir" deyəndə, Audiovizual Şura etiraz etdi və dedi ki, elə etməyin. Demək şura da fərqindədir ki, siz reklama başqa don geyindirməyə çalışırsınız, guya sponsor deyil, əslində isə sponsordur.

Sonra mən məsələni araşdırdım, o şirkətdə çalışanlar da telekanala pul ödənildiyini düşündükləri bildirdilər. Deyə bilmərəm ki, o şirkətin mühasibatlığından kağız götürdüm, xeyr. Çünki, işi məhkəməyə qədər aparıb, Zamirə xanımı nüfuzdan salmaq fikrimiz yox idi. O dərinliyə varmaq istəmədik, xanımdır. Bundan əvvəl nə olub, necə olub, olub.

Düşündük ki, bizim ən yaxşı çıxış yolumuz bu söhbətin uzanmaması üçün verilişi bağlamaq və ya sponsorlu verilişə çevirməkdir. Hamı da “Space”nin imkanlarını bilir. Eləcə də bütün müstəqil kanallar öz hesabına maliyyələşir.

Təbii ki, dövlət əhəmiyyətli verilişləri sponsora ehtiyac duymadan öz maddi imkanlarımız hesabına edirik. Mən bilirəm ki, Zamirə xanımın şəxsən özünün həmin sponsor şirkəti olan obyektin səlahiyyətlisi ilə dostluq əlaqələri var. Bunu bir tərəfə qoyuram, ola bilər ki, dostluq işə qarışmayıb. Məsələ burasındadır ki, bizim efirimizə bir dəqiqəlik həmin obyektin reklam çarxı getdiyi halda bizi inandırmağa çalışır ki, pul ödənilmir. Niyə ödənilmir?

Bu halda obyektin reklamını çıxarın və bu formada davam edin. Bununla da Zamirə xanım razılaşmır. Əgər sən pul götürməmisənsə və bundan xəbərin yoxdursa, başqa kiməsə pul gedibsə, niyə israrla obyektə verilişin sonunda təşəkkürünüzü bildirirsiniz və məkanın loqosunun qalmasını istəyirsiniz? Biz vəziyyəti təxmin etsək də çox dərinə getmədik. Həmin obyektin sahibi və yaxud nümayəndəsi rəhbərliklə danışıbmı, məkanın reklamı üçün bizə müraciət edibmi? Çünki özləri bizə müraciət etməlidir və rəhbərlik də görməlidir ki, müqavilə varmı, sponsorluğu müqavilə əsasında davam etməliyik və yaxud da müqavilə yoxdursa, artıq müqavilə ilə yeni bir əməkdaşlığa cəlb edək.

Zamirə xanım söhbəti başqa istiqamətə yayındırır, biz isə onun qadın olduğuna görə hörmət əlaməti olaraq məsələni bu tərəfdən işıqlandırmağa qarşı olmuşuq. O, ziyalıları danışdırdı və guya ki, “Space”də əxlaqi verilişlərin yayımı dayandırılıb. Belə bir hal yoxdur. Nəzərinizə çatdırıram ki, “Qarabağ Azərbaycandır”, “Narkomaniyaya yox deyək” verilişləri yayımlanır. Həmin verilişləri davam etdiririk və hətta iki-üç dövlət əhəmiyyətli layihəmiz gözlənilir.

Yəni Zamirə xanım nə qədər peşəkarlıqdan danışsa da Vado Korovin kimi dünyagörüşlü, istedadlı, ziyalı adamın yayım siyasətini müzakirə etməsi düzgün deyil. Beş ay ərzində kanalın reytinq cədvəlini stabilləşdirmişik, ilk dördlükdə yer alır. Təbii ki, arada bir yerdəyişmə olur. Kanal heç vaxt bugünkü kimi yaxşı vəziyyətdə olmayıb. Bu fikirləri kanalda çalışan 20 illik əməkdaşları da təsdiqləyirlər. Onların bildirdikləri sözləri də olduğu kimi çatdırıram, bizim kanalın keçmiş rəhbərləri ilə heç bir problemimiz olmayıb. Amma kanalın əməkdaşlarının sözlərinə görə, Etibar Babayevin rəhbərliyindən bu günə qədər heç vaxt kanal bugünkü çiçəklənmə dövrünü yaşamayıb.

Tam əminliklə deyə bilərəm ki, kanalda könüllülər toplanıb. Doğrudan da onlar yaradıcı adamlardır və kanalın inkişaf etməsini istəyirlər. Zamirə Dadaşova bizim “HR” ilə olan mesajları sosial media hesabında paylaşıb. Hətta səhv edib, nömrəni də paylaşıb. Gizliliyi qorumayıb. Bu halın özü bir cinayətdir. Əslində, orada problem yaradacaq mesaj da yoxdur, deyim ki, nəsə göstərdi.

Təsəvvür edin ki, xanımın qanunsuzluqlarına şübhə etdiyimiz halda bunu işıqlandırmırıq ki, adına zərər gəlməsin. Bunu ixtisar formasında həll etməyə çalışırıq.

- Zamirə xanım iddia edir ki, kanal rəhbərliyi əmək kitabçasını təqdim etmir.

- Zamirə Dadaşova gözləyir ki, əmək kitabçası evinə çatdırılma xidməti ilə göndəriləcək. Həmin xanım verilişi bağlandıqdan sonra kanala gəlməyib. Deyir ki, həyat yoldaşını göndərəcək. Həyat yoldaşını da göndərməyib və bizimlə telefonla əlaqə yaradan da onun həyat yoldaşıdır. Eləcə də xəbər göndərir ki, qərarı vatsap vasitəsilə göndərin. Belə hal olar?

Axı, şəxsin imzası olmalı və özü əmək kitabçasını götürməlidir. Məsələ əmək kitabçasına gələnə qədər başqa mövzular da var. Bizi haqlı çıxaracaq bütün vasitələr əlimizdədir İşə gəlirmi? Gəlmir. Biz bu əsasla onu işdən də çıxara bilərik. İki aydır işə gəlmir. Biz qadın olduğu üçün ona güzəştə gedirik.

Zamirə xanım Vado Korovinlə üzbəüz belə gəlməyib ki, onu nədəsə ittiham etsin. Rəhbərlik dəyişəndə Zamirə xanımla çox mehriban ünsiyyətimiz olub. Amma bu o demək deyil ki, sponsor adı altında pulsuz reklamdan söhbət gedə bilər. Aramızdakı anlaşılmazlığın yeganə səbəbi Zamirə xanımın sponsoru kanala heç bir məbləğ ödəmədən reklam etdirmək istəməsi idi. Başqa səbəb yoxdur.

- Kanaldakı şəxslərin və sizin Vado Korovinin qohumu olması iddiası haqqında nə deyə bilərsiniz?

- Mən İTV-də, ATV-də, Xəzər TV-də, “M Group Production”da çalışmışam. Oradakıların heç biri qohumum olmayıb. 40 yaşıma qədər heç bir qohumumla çalışmamışam, 4 aydır çalışdığım Vado Korovin isə lap uzaq qohumumdur. O, ətrafına istedadlı adamları cəlb edir, bir nəfər də onun uzaq qohumu çıxdı. Qohumluq əlaqələrinin işə aidiyyəti yoxdur, biz yaradıcı adamlarıq.
Bu kanala könüllülər toplanıb. Hamımız daha yaxşı şərtləri kənara qoyub, bura gəlmişik ki, kanalı inkişaf etdirək.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti