16:31 Xalq artisti Snup Doqla məzələndi: “Yevlaxa gəl, Yevlaxa”  |     11:28 Emil Rəhmanoğlu vəfat etdi  |     09:15 Tanınmış aktrisa atasının silahı ilə intihar etdi  |     09:06 Üç dəfə xərçəng oldu, altı ay dedilər, 21 il yaşadı: Kayahanın qalmaqallı həyatı - VİDEO  |     12:24 "Nisə Qasımovaya haqqımı halal etmirəm" - Ceyran Həşimova  |     07:47 18 sentyabr - Milli Musiqi Günüdür  |     04:57 Dünyasını dəyişən anasının fotosunu paylaşdı  |     04:41 Emin Ağalarov övladları ilə bağlı paylaşım etdi - FOTO  |     21:13 "Hiss burada özü ilə yarışır.." - VİDEO  |     10:39 Samirə Oqtayla münasibətindən danışdı: “Ayrı-ayrı otaqlarda qalmışıq”  |     18:25 “Nikosayağı” xəstəxanadan çıxdı  |     18:23 İlkin Həsəni ikinci dəfə ata oldu  |     18:16 Mətanət ilk sevgisindən danışdı: “Bir-birimizə qovuşmasaq da...”  |     18:15 “Pulumu 3 qat artıq qaytarasa belə, onu bağışlamayacağam”  |     18:33 “17 il oxuyub 1000 manat maaşla harasa işə düzəlmək məntiqsizdir” - Nura  |     21:48 Keçmiş gəlini Mətanət İsgəndərlini məhkəməyə verir  |     15:36 Dilarənin ağ və qara dünyası... – FOTOLAR  |     11:14 Sedadan Xoşqədəmə: “Mənim verilişim səninkinə bənzəməz”  |     11:07 Cavanşir Məmmədovun keçmiş kürəkəninin yenidən məhkəməsi başladı  |     10:55 "Görəsən, sənə bunu edənlər heç vicdan əzabı çəkir?"  |    

Cavanşir Məmmədovun keçmiş kürəkəninin yenidən məhkəməsi başladı

4.09.2023 - 216 - Maqazin

Bakı Apellyasiya Məhkəməsində əməkdar artist Cavanşir Məmmədovun qızı Xatirə Məmmədovanın qeyri-rəsmi nikahda yaşadığı keçmiş həyat yoldaşı Mustafa Kemal İbilinin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin növbəti iclası sentyabrın 6-na təyin edilib.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Kemal İbili 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.
 
Qeyd: Türkiyə vətəndaşı Mustafa Kemal İbili C.Məmmədov və ailə üzvlərinin külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilir. M.K.İbili isə özünü təqsirli bilmir, əksinə zərərçəkmiş olduğunu deyir. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində istintaq dövrü müddəti üçün polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi. 
 
Xatırlatma: Tqsirləndirilən şəxs dəfələrlə verilişlərə çıxaraq C.Məmmədovun qızının onu aldatdığını, ailə quracağını deyərək ona 300 min dollara yaxın hədiyyələr aldırdığını iddia edib. O, C.Məmmədovun qızı ilə Türkiyədə Sultan Ahmet məscidində isə imam nikahı bağladığını qeyd edib.
 
Müğənni isə iddiaları təkzib edib, İbilinin qızı ilə nikahı olmadığını deyib.
 
Kamal Məmmədov


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti