08:37 Mətanət Əsədova aparıcıya əsəbiləşdi: “Görün ki, hansı müğənniyə hansı sualı verirsiniz...”  |     08:34 Deputat Günelə ev bağışlayıb?  |     08:23 “Kim istəyir məndən incisin, onlar toy müğənniləridir!” - VİDEO  |     08:20 Hülya Avşar koronavirusa yoluxdu  |     22:33 “Nikosayağı”dan yeni xəbər  |     22:29 Renka Yeni ilə daha cazibədar hazırlaşır  |     07:48 Tarkan Bakıda 20 min nəfərin qarşısına çıxdı  |     11:55 İlham Qasımov Heydər Əliyev Sarayına direktor təyin olundu  |     14:39 Təranə Qumraldan müjdə: “Bir də gördün oğlum oldu”  |     13:00 “Nəslin-kökün içində hörmətim var, Nəfəsi niyə alım?!”  |     12:58 Zerrin Özər xəstəxanaya yerləşdirildi  |     19:28 “Star” Dilarə Kazımova…  |     08:58 Aşıq Zülfiyyəyə 180 minlik maşın hədiyyə edən şəxs kimdir? - VİDEO  |     08:51 2023-cü ildə itirdiyimiz MƏŞHURLAR  |     08:49 "İlhamə xanımın sözündə "şillə" var idi"  |     08:47 Bahar Candan həbsxana yeməklərini bəyənməyib  |     08:45 “Evlilik marağında deyiləm…” - GÜNELDƏN ETİRAF  |     13:46 Tarkandan Bakı rekordu  |     12:05 Aşıq Zülfiyyə ona hədiyyə edilən 180 minlik avtomobildən imtina etdi  |     12:03 “Sosial şəbəkələrdə cəzasızlıq olduğu üçün ağıllarına gələni yazırlar”  |    

Antiterror əməliyyatında 192 hərbçimiz şəhid olub - SİYAHI

27.09.2023 - 622 - Manşet / Sosial

Antiterror tədbirlərində şəhid olan və yaralanan hərbçilərin sayı açıqlanıb.

SHOWXEBER.AZ xəbər evrir ki, lokal antiterror tədbirləri zamanı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 192 hərbi qulluqçusu şəhid olub.

Şəhid olmuş hərbçilərdən 180 nəfər Müdafiə Nazirliyinin, 12 nəfər isə Daxili İşlər Nazirliyinin hərbi qulluqçularıdır. Şəhid olanlardan 1 nəfər də mülki şəxsdir.

Müdafiə Nazirliyindən bildirilib ki, 11 nəfərin şəxsiyyəti Məhkəmə Tibbi Ekspertiza tərəfindən məhkəmə genetik müayinələr aparıldıqdan sonra müəyyənləşdiriləcəkdir.
Eyni zamanda, lokal antiterror tədbirləri nəticəsində 511 hərbi qulluqçumuz və 1 mülki şəxs yaralanıb. 

Yaralıların ən qısa zamanda müalicəsi üçün yüksək səviyyəli peşəkar həkim briqadaları fəaliyyət göstərir və bütün zəruri tibbi tədbirlər görülür. Yaralı hərbçilərimizin tezliklə öz sağlamlıqlarına qovuşmasını arzu edirik.

Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş bütün hərbi qulluqçularımızın əziz xatirəsini yad edir, ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti