16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |     11:35 Həyat yoldaşı Miri Yusiflə danışığının səsyazısını yaydı  |     11:33 Azər Axşam Tənqid etdiyi kanalda yenidən işə başladı  |     17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |     15:37 Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"  |     15:36 Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü  |     11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |     14:14 “Nə yaxşı kı, dünyaya gəlmişəm“ - DOĞUM GÜNÜDÜR  |     15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |    

Rəqqasə Fatimə həbs edilə bilər

11.10.2023 - 191 - Maqazin

Bakı Apellyasiya Məhkəməsi şairə Nazilə Səfərli ilə rəqqasə Fatimə Fətəliyeva arasındakı mübahisə barədə məhkəmə qərarını icra üçün Nərimanov Rayon Məhkəməsinə gönədrib.



Bu barədə Qaynarinfo-ya Nazilə Səfərlinin vəkili Fuad Bədəlov məlumat verib. Vəkil qeyd edib ki, məhkəmənin qərarına əsasən, Fatimə Fətəliyeva qarşı tərəfə 500 manat təzminat ödəməli və üzr istəməlidir:


"Məhkəmə prosesi yekunlaşıb. Bakı Apellyasiya Məhkəməsi rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb və işi icra olunması üçün Nərimanov Rayon Məhkəməsinə qaytarıb. Könüllü icra müddəti 10 gündür. Əgər 10 gün ərzində icra olunmasa, məcburi icra tədbirləri başlayacaq. İcradan yayınması ilə bağlı inzibati məsuliyyət nəzərdə tutulur. Əgər icra olunmasa, cavabdeh cinayət məsuliyyəti daşıyır".

Qeyd edək ki, tərəflər arasında qalmaqal sosial şəbəkədə başlayıb. Nazilə səhifəsində "Bir rəqqasə reklam etdiyim məkanların birinə zəng edib qışqıraraq deyib ki, bizi dəvət etmirsiniz, kobud şairəni reklama dəvət edirsiniz. Əzizim, vaxtında bizim başımızda böyüyümüz olub. Stolların üstündə göbək rəqsi etməyə icazə verməyiblər deyə, incə qala bilməmişik, kobud qalmışıq. Demək istərdim ki, ağır ol, amma ağır olsan dingildədiyin masalar qırılar. Bağışla", yazıb. 


Fatimə Fətəliyeva bu sözlərin ona ünvanlandığını qeyd edib və Nazilə barəsində "Mənim ailəm, oğlum, qızım, yoldaşım, nəslim var. Ona görə də Nazilə Səfərli, ağzını yum, otur yerində. Yadına sal ki, neçə il əvvəl gəlmisən mağazama ərəb rəqsi üçün paltar götürmüsən. Hara getmisən, kim üçün ərəb rəqsi oynamısan, yadına sal. Nazilə Səfərli, ağzını yum otur, mənimlə işin olmasın. Get, öz qabına bax gör, ərim deyə-deyə nə oyundan çıxırsan. Mən ərəb rəqsi oynayıb, ailəmi saxlayıb, uşaq böyütmüşəm”, deyib.


Bundan sonra Nazilə Səfərli məhkəməyə müraciət edib. 


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti