09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |     11:35 Həyat yoldaşı Miri Yusiflə danışığının səsyazısını yaydı  |     11:33 Azər Axşam Tənqid etdiyi kanalda yenidən işə başladı  |     17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |     15:37 Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"  |     15:36 Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü  |     11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |    

“Nikosayağı”nın atası: “Media oğlumun işini çətinləşdirir”

11.10.2023 - 190 - Maqazin

Sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirlinin son durumu ilə bağlı atası məlumat verib. Bloqerin atası, tanınmış nevropatoloq Nafiz Mütəllimov Oxu.Az-a açıqlamasında oğlunun hazırda evdə müalicələrinə davam etdiyini bildirib:
 
“Vəziyyəti eynidir. Hər şeyi açıq şəkildə bilirsiniz. Nicat tədricən sağalacaq. Qolu da hər kəsə məlumdur. Evdə müalicələrinə davam edilir”.
 
N.Mütəllimov mediaya açıqlamaya ehtiyac olmadığını vurğulayıb:
 
“Mediaya açıqlamaya ehtiyac olmadığını düşünürəm. Bu, Nicatın işini daha da çətinləşdirir. Yazanda problemlər təzələnir. Ona ziyandır”.

Xatırladaq ki, sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirli avqustun 15-də qəzaya düşüb. Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. N.Şakirli idarə etdiyi “Porsche” markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində bir nəfər ölüb, ağır bədən xəsarətləri alan bloqer isə xəstəxanaya aparılıb. Onun qolu amputasiya olunub.
 
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov ən son açıqlamasında istintaq tədbirlərinin davam etdiyini vurğulayıb.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti