09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |     11:35 Həyat yoldaşı Miri Yusiflə danışığının səsyazısını yaydı  |     11:33 Azər Axşam Tənqid etdiyi kanalda yenidən işə başladı  |     17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |     15:37 Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"  |     15:36 Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü  |     11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |    

Efirdə Vüsalə ilə əkizlər arasında gərgin anlar

27.10.2023 - 166 - Maqazin

Aparıcı Vüsalə Əlizadə ilə müğənnilər Sevil və Sevinc Səfərova arasında gərgin anlar yaşanıb. 



SHOWXEBER.AZ xəbər verir ki, Vüsalə "İncə səhər" proqramında qonaq olan əkizlərdən yemək hazırlamalarını istəyib. Bacılar isə buna etiraz ediblər. Onlar verilişə mahnı oxumaq üçün gəldiklərini, yemək hazırlamaq istəmədiklərini deyərək, irad tutublar:


"Yeni veriliş olduğu üçün sevə-sevə gəldik. Bura gəliriksə, hazırlaşırıq, günlərlə geyimin yoxlanmasına gedirik. Mən müğənniyəm. Bizim mətbəxdəki qabiliyyətimizi hamı bilir. Efirə salat hazırlamağa gəlmirəm. Oradan oxuyursan, buradan salat düzəldirsən. Düzgün deyil". 


Vüsalə isə "Burada Xalq artisti belə yemək hazırlayıb. Verilişə gəlmisinizsə, formata hörmət edin" deyə, onlara cavab verib. 


Əkizlər isə əvvəlcədən komandaya xəbərdarlıq etdiklərini söyləyiblər. 


Əsəbiləşən aparıcı "İşdən də danışdıq, şoumuzu da göstərdik. Gedişatımız belədir. Sizdən əvvəl sənətə gələn müğənnilər də bunu edib. Belə bir irad olduğu mənə əvvəlcədən xəbər verilməlidir. Bizə hörmətsizlik oldu" sözlərini deyib.


Sevil və Sevinc "Hörmətsilzlik deyil. Mən də aparıcı olmuşam, qonağıma hörmət etmişəm. Burada tamaşaçı qarşısında bizi belə təqdim edirsiniz. Bizim yox, komandanızın problemidir" deyə, etiraz bildirib. 


Daha sonra isə Vüsalə və əkizlərin mikrofonunu bağlanıb.


Vüsalə "Aparıcı stajım da, yaşım da sizdən çoxdur. Gedişatı bilirəm, formatımız budur" deyə, söhbəti bitirməyə çalışıb.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti