16:51 Müşfiq Dilarəni “Cin atı”na mindirəcək – VİDEO  |     08:37 Mətanət Əsədova aparıcıya əsəbiləşdi: “Görün ki, hansı müğənniyə hansı sualı verirsiniz...”  |     08:34 Deputat Günelə ev bağışlayıb?  |     08:23 “Kim istəyir məndən incisin, onlar toy müğənniləridir!” - VİDEO  |     08:20 Hülya Avşar koronavirusa yoluxdu  |     22:33 “Nikosayağı”dan yeni xəbər  |     22:29 Renka Yeni ilə daha cazibədar hazırlaşır  |     07:48 Tarkan Bakıda 20 min nəfərin qarşısına çıxdı  |     11:55 İlham Qasımov Heydər Əliyev Sarayına direktor təyin olundu  |     14:39 Təranə Qumraldan müjdə: “Bir də gördün oğlum oldu”  |     13:00 “Nəslin-kökün içində hörmətim var, Nəfəsi niyə alım?!”  |     12:58 Zerrin Özər xəstəxanaya yerləşdirildi  |     19:28 “Star” Dilarə Kazımova…  |     08:58 Aşıq Zülfiyyəyə 180 minlik maşın hədiyyə edən şəxs kimdir? - VİDEO  |     08:51 2023-cü ildə itirdiyimiz MƏŞHURLAR  |     08:49 "İlhamə xanımın sözündə "şillə" var idi"  |     08:47 Bahar Candan həbsxana yeməklərini bəyənməyib  |     08:45 “Evlilik marağında deyiləm…” - GÜNELDƏN ETİRAF  |     13:46 Tarkandan Bakı rekordu  |     12:05 Aşıq Zülfiyyə ona hədiyyə edilən 180 minlik avtomobildən imtina etdi  |    

Samirə və Elgiz arasında QALMAQAL “Mənim üstümə böyürən...”

14.11.2023 - 158 - Maqazin

Bir neçə gün öncə meyxanaçı Samirə Yusifqızının rəqs etdiyi görüntülərin sosial şəbəkə platformalarında yayılması böyük maraqla qarşılanıb. Kimi meyxanaçını tənqid edib, kimi də onun bu rəqsini bəyənib. Videonun televiziya verilişlərində müzakirə edilməsi isə mövzunu daha da böyüdüb.


SHOWXEBER.AZ xəbər verir ki, Mövzu ilə Bakıvaxtı.az-a danışan Samirə Yusifqızı bu rəqsin yeni proyektlərinin bir hissəsi olduğunu deyir: ”Bu, bizim yeni işimizin ilkidir. Qarşıdan elə bir iş gəlir ki, orada həm oynamalıyıq, həm oxumalıyıq. O çox qeyri-adi bir iş olacaq. Azərbaycanda belə bir şey yoxdur”.

Sənətində, mədəniyyətində, savadında özünə rəqib tanımayan S.Yusifqızı bütün bu tənqidlərin qısqanclıqdan baş verdiyini iddia edir: “Bu, əlbəttə ki, qısqanclıqdır. 100 faiz yox, 200 faiz qısqanclıqdır. Çünki nə sənətimə, nə özümə, nə mərifətimə, nə savadıma, nə də mədəniyyətimə çata bilirlər. Ona görə də əllərindən başqa iş gəlmir və güc verirlər dillərinə. Düşünürlər ki, sözlə nəsə eləsinlər. O da mümkün deyil. Alınan iş deyil. Xalqın sevgisi var. Mən o xalqın sevgisi ilə yaşayıram. Məni xalq sevir. Bircə görsəniz ki, mənə nələr yazıblar, məni necə dəstəkləyirlər, mənə necə reaksiya verirlər...”

Sənətçi baş verənlərdə aparıcıları günahlandırır. “Elgizlə izlə” verilişində ekspert tərəfindən sərt tənqid olunmasının da Elgizə görə olduğunu vurğulayan Samirə sözügedən ekspertin estetik əməliyyatlarının olduğunu qeyd edir: “Zatən onlar özləri-özlərini biabır edirlər, məni yox. Bunlar hamısı aparıcıların günahıdır. Aparıcılar onlara o ixtiyarı, səlahiyyəti verirlər. Onlar da ağızlarına gələni, özlərinə yaraşanı deyirlər. Hətta mənə o sözü deyən, mənim üstümə böyürən qadın heç də cavan deyil. Allaha şükür çox az aramız var bizim, yaşı kifayət qədərdir. Yetəri qədər də estetik əməliyyatı var”.

Samirə Yusifqızının rəqs etdiyi görüntülərinin yer aldığı videonu sosial şəbəkə platformalarında paylaşdığı iddia edilən meyxanaçının qızı Fərəh də mövzu ilə bağlı Bakıvaxtı.az-a danışıb. Fərəh onları qınayanları sərt tənqid edib: ”Bizi qınayanlar çox səhv edirlər. Anam oynayıb, yaxşı edib. Bizi sevənlərin ürəyincədir. Kimin xoşuna gəlmir, videonu çevirsin, baxmasın. Heç kim arxasındakı vedrəni görmür. Bizim haqqımızda qatıq-qatıq, gic-gic danışmasınlar. Mənim anam gedib onun-bunun kimi dalını-qabağını şişirtdirmir. Anam Azərbaycanın təbii Cennifer Lopezidir”.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti