08:37 Mətanət Əsədova aparıcıya əsəbiləşdi: “Görün ki, hansı müğənniyə hansı sualı verirsiniz...”  |     08:34 Deputat Günelə ev bağışlayıb?  |     08:23 “Kim istəyir məndən incisin, onlar toy müğənniləridir!” - VİDEO  |     08:20 Hülya Avşar koronavirusa yoluxdu  |     22:33 “Nikosayağı”dan yeni xəbər  |     22:29 Renka Yeni ilə daha cazibədar hazırlaşır  |     07:48 Tarkan Bakıda 20 min nəfərin qarşısına çıxdı  |     11:55 İlham Qasımov Heydər Əliyev Sarayına direktor təyin olundu  |     14:39 Təranə Qumraldan müjdə: “Bir də gördün oğlum oldu”  |     13:00 “Nəslin-kökün içində hörmətim var, Nəfəsi niyə alım?!”  |     12:58 Zerrin Özər xəstəxanaya yerləşdirildi  |     19:28 “Star” Dilarə Kazımova…  |     08:58 Aşıq Zülfiyyəyə 180 minlik maşın hədiyyə edən şəxs kimdir? - VİDEO  |     08:51 2023-cü ildə itirdiyimiz MƏŞHURLAR  |     08:49 "İlhamə xanımın sözündə "şillə" var idi"  |     08:47 Bahar Candan həbsxana yeməklərini bəyənməyib  |     08:45 “Evlilik marağında deyiləm…” - GÜNELDƏN ETİRAF  |     13:46 Tarkandan Bakı rekordu  |     12:05 Aşıq Zülfiyyə ona hədiyyə edilən 180 minlik avtomobildən imtina etdi  |     12:03 “Sosial şəbəkələrdə cəzasızlıq olduğu üçün ağıllarına gələni yazırlar”  |    

Zümrüdün maşınına hücum: Bunu edən şəxs...

17.11.2023 - 133 - Maqazin

Aparıcı Zümrüd Bədəlovanın avtomobilinə hücum edilib.
 
SHOWXEBER.AZ Yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə Zümrüd "Xəbər-ətər" verilişində danışıb.
 
O bildirib ki, bu, hal bir neçə dəfə təkrarlanıb:
 
"Dayanmadan avtomobilimə zərər vuran o insana üzümü tuturam. Bilmirəm, hansı niyyətlə bunu edirsiniz. Amma siz nə qədər etsəniz də, mən efirə çıxım bunu danışıb güləcəm. Dəmir parçasına olunan ziyanın bizə heç bir təsiri yoxdu. Sadəcə insan təəssüflənir. Çünki səhər tezdən oyanırsan, işə getmək üçün tələsirsən, günlərdir avtomobilin üstündə çəkilən şəkilləri, cızıqları görürsən. Onları boş verdim, bunu uşaq da edə bilər. Amma qapını açmağa çalışıb, bərbad vəziyyətə qoymaq, əvvəlcə daşla əzmək, şüşə ilə cızmaq və şüşə qırıqlarını maşının üstünə səpmək qədər absurd bir şey ola bilməz.
 
Bunu edən insan ya psixoloji xəstədir, ya da bilmirəm ki, hansı haldadır. Səbəb nədir? Niyə hər səhər polis əməkdaşlarını narahat etməliyəm. Bu dəfə ciddi yanaşdım. Onu edən şəxs başının üstündəki kameranı görməyib. Onları açdırıb, nəhayət, həmin adamı tapmalıyam. Eyvanımın altında saxladığım avtomobilə zərər yetirirsənsə, sabah da... Düzdür, bunu edə bilməz. Çünki dörd tərəfdə kamera var. Sadəcə maşının üstündəkini görməyiblər.
 
Azərbaycan polisləri var olsun. Bilirsiz kı, ötən ay da polislərimizin sayəsində məni sosial şəbəkələrdə təhqir edən, nalayiq söyüşlər yazan insanı da tapdıq. Onu da bölməyə gətirdilər. Dünya və Azərbaycan başıboş, dərəbəylik deyil. Bir var, yuxarıdan maşının üstünə daş düşə, bu, qətiyyən mümkün deyil. Daş maşını bilə-bilə cızmır".


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti