19:12 Meyxanaçı 52 yaşında nişanlandı  |     19:06 Murad və Ülviyyə evliliklərini bitirdi - AÇIQLAMA  |     19:04 “Bəziləri kimi telefonla klip çəkdirməmişəm” - ATMACA  |     13:48 “İstəyirəm, gəlinliyimi oğlumun xanımı geyinsin” - Xatirə  |     13:45 “Varlanmaq, bahalı maşın almaq, villada yaşamaq üçün gecələr...” - Qalmaqal  |     13:42 "İndiki qızlar çamadanı götürüb atasının evinə gedir"  |     13:39 Razi Əliyeva həyat yoldaşından boşanıb? - İDDİA  |     13:38 Bu 3 bürc üçün xoş xəbər - VARLANACAQLAR  |     13:37 TikTok-dan instaqrama rəqib olacaq yeni tətbiq  |     00:59 Razi Əliyeva həyat yoldaşından boşanıb? - İDDİA  |     20:32 Afət 20 min borc verdiyi həmkarına xəbərdarlıq etdi: "Gələn aya qədər..."  |     20:31 Məşhur aktrisa xəstəxanaya yerləşdirildi  |     20:29 Sinan Akçıldan Aleyna ilə bağlı eşq etirafı  |     19:12 Xatirə “Azərsu”nu yıxıb-sürüdü: Hara baxırsınız?  |     09:08 Xatun Əliyeva bir müddət verilişlərə çıxmayacaq  |     09:06 "Birinci sevgiyə yox, analizə diqqət yetirilməlidir"  |     11:23 61 yaşlı Xalq artisti 18 yaşlı qızla evlənir  |     11:21 Aynur Dadaşova əməliyyat olunacaq  |     11:19 Hamı kimi normal bir insanam - Xalq artisti  |     09:54 Dilarə Kazımova "Port Music Fest"ə damğa vurdu!  |    

2023-cü ildə itirdiyimiz MƏŞHURLAR

22.11.2023 - 2 626 - Manşet / Maqazin

2023-cü ilin bitməsinə artıq az vaxt qalıb. Bu il müxtəlif sahələrdə qazandığımız uğurlarla yadda qalacaq. Ancaq 2023-cü ildə qazandıqlarımızla yanaşı itirdiklərimiz də oldu. Bu il fərqli sferalardan olan tanınmış şəxslərin vəfatı bir çoxumuzu dərindən sarsıtdı.


Azərbaycanlı aktrisa, Azərbaycan Respublikasının Əməkdar artisti, “Toppuş bacı” kimi tanınan Tünzalə Əliyeva yanvar ayının 22-si uzun sürən xəstəlikdən sonra dünyaya gözlərini əbədi olaraq yumdu. Onun ölümü sənət adamları ilə yanaşı, aktrisanı ekrandan tanıyanları da dərindən sarsıtdı.

Azərbaycanın teatr və kino aktyoru, Azərbaycanın Respublikasının Xalq Artisti, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası Ramiz Novruz uzun müddət mədə xərçəngi xəstəliyindən əziyyət çəkirdi və 20 fevral 2023-cü il tarixində vəfat edərək, sevənlərini yasa qərq etdi.

Azərbaycanlı tanınmış ilahiyyatçı, xeyriyyəçi, din xadimi, ictimai xadim, Məşədi Dadaş məscidinin sabiq axundu, imam-camaatı Şahin Hüseyn oğlu Həsənli - Hacı Şahin 2023-cü il martın 2-də Bakıda ürək çatışmazlığından dünyasını dəyişdi. Onun ölümü cəmiyyət arasında böyük bir məyusluğa səbəb oldu. 

Televiziya prodüseri, rejissor Oktay Əliyev 22 mart 2023-cü ildə 54 yaşında yol qəzasında həlak olub. Oqtay Əliyevin idarə etdiyi "Lexus Lx470" markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb. Qəza nəticəsində Oqtay Əliyev ölmüş, avtomobildə olan xalq artisti Mehriban Zəki və əməkdar artist Dilarə Əliyeva isə yüngül xəsarətlər alıblar. Qeyd edək ki, Oktay Əliyev 2020-ci ildə "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülmüşdü. 

Məhşur qarmon ifaçısı, Azərbaycan Respublikasının xalq artisti Aftandil İsrafilov 29 aprel tarixində səhhətində yaranan problemlər səbəbilə yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib. Aftandil İsrafilov Azərbaycan ifaçılıq məktəbinin inkişafındakı müstəsna xidmətlərinə görə 1998-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına, 2016-cı ildə "Şöhrət" ordeninə layiq görülmüşdür. O, 2003-cü ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.

Tanınmış jurnalist, televiziya aparıcısı Natəvan Babayeva 20 iyul tarixində uzun sürən xərçəng xəstəliyindən dünyasını dəyişib. O, Salyanın Parça Xələc kəndində dəfn olunub. Natəvan Babayevanın ölümü həm yaxınlarını, həm də onu efirdən tanıyanları məyus edib.

Əməkdar artist Rəhman Rəhmanovun oğlu müğənni Emil Rəhmanoğlu 19 sentyabr tarixində vəfat edib. Gənc müğənninin trombdan öldüyü açıqlanmışdı. Onun ölümü həm sənət adamlarını, həm də sevənlərini yasa boğdu.

Azərbaycan siyasətçisi, jurnalist, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Qənirə Paşayeva səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi. Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən bütün zəruri tədbirlər görülmüşdür. 28 sentyabr 2023-cü il tarixində Qənirə Paşayeva 48 yaşında dünyasını dəyişmişdir. Onun qəfil vəfatı bütün ölkədə dərin hüznlə qarşılandı.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti