12:07 Aktyor dayanacaqlardan şikayət etdi: "Maaşımızın yarısı gedir"  |     12:06 Hüsniyyə Azərbaycandan köçdü  |     12:04 Flora Kərimova Sevinc Heydərovanı məhkəməyə verib  |     12:01 Mələkxanım Eyubovanın qızının toyundan kim küsüb gedib?  |     09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |     11:35 Həyat yoldaşı Miri Yusiflə danışığının səsyazısını yaydı  |     11:33 Azər Axşam Tənqid etdiyi kanalda yenidən işə başladı  |     17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |     15:37 Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"  |    

“Bayağı ifaçılar eşitdikləri təriflərdən özlərini sənətkar bilir” - Sevda Ələkbərzadə

30.11.2023 - 247 - Maqazin

"Bayağı" deyilən musiqi mövzusuna toxunmaq istərdim. İnternetdə kimin nəyə qulaq asması onun şəxsi haqqı və zövqüdür. Amma problem ondadır ki, belə musiqilər televiziya və radiolara sızıb. Bəs “bayağı” musiqisinin ifaçılarını televiziya və radio aparıcıları necə tərifləyirlər... Onlara "sənətkar" deyirlər və bu insanlar əslində “sənətkar” olduqlarına inanmağa başlayırlar".


Bu sözləri Əməkdar artist Sevda Ələkbərzadə Mədəniyyət və yaradıcı sənayelər forumu çərçivəsində təşkil olunan Musiqi İndustriyası Platformasında "Rəqəmsal dövrdə musiqi sənayesinin eko-sistemdə formalaşması" adlı panel-sessiyada deyib.

Müğənni hazırda çox səsləndirilən və "bayağı" adlandırılan mahnılardan danışıb:

"Şəxsən mən ətrafda elə “sənətkar"lar olanda "sənətkar" olmaq istəmirəm. Balaca uşaq bilmir ki, hansı musiqi keyfiyyətlidir, hansı bayağı. O sadəcə görür, eşidir və ona təsir edir. Mən bir dəfə İçərişəhərdə özüm üçün video çəkmişdim. Orada fonda elə bir mahnı səslənirdi ki, vallah, nə deyim... Bura İçərişəhərdir. Tarixi məkan. Həmin o cür bayağı musiqi niyə orada səslənməlidir?".

Sevda bildirib ki, verilişlərə getməməsinin səbəbi də bu cür mahnıların reklam edilməsidir:

"Baxıram ki, həmin verilişdə 2 gün əvvəl kimlər olub və necə təqdim edilirlər. Mənim elə verilişdə nə işim var? Ayıbdır".


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti