07:20 Jerar Depardye məhkəmə qarşısına çıxarılacaq  |     12:07 Aktyor dayanacaqlardan şikayət etdi: "Maaşımızın yarısı gedir"  |     12:06 Hüsniyyə Azərbaycandan köçdü  |     12:04 Flora Kərimova Sevinc Heydərovanı məhkəməyə verib  |     12:01 Mələkxanım Eyubovanın qızının toyundan kim küsüb gedib?  |     09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |     11:35 Həyat yoldaşı Miri Yusiflə danışığının səsyazısını yaydı  |     11:33 Azər Axşam Tənqid etdiyi kanalda yenidən işə başladı  |     17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |    

Zaur Nəbioğlu ilə qalmaqal yaşayan Ellada MTV-də İŞDƏN ÇIXARDILDI

30.11.2023 - 279 - Maqazin

Bir müddət əvvəl “Rəngarəng” verilişinin aparıcısı Zaur Nəbioğlu ilə qalmaqal yaşayan Ellada Eyvazova “MTV Azərbaycan”dakı işindən azad olunub.


Bu barədə OLAY-a aparıcı özü məlumat verib.  Ellada bildirib ki, səbəbsiz şəkildə “10-da görüşək” verilişinin heyətindən çıxarılıb:


“Sözün düzü, səbəbsiz oldu. “Rəngarəng” verilişi ilə olan qalmaqaldan sonra bu baş verdiyi üçün elə düşünmək olar. Amma əlimdə bir fakt yoxdu. Bu söhbət açılmadı, mənə heç bir səbəb bildirilmədi. Mənə deyildi ki, büdcə ilə bağlı problem var. Ona görə uzaqlaşdırılmışam. Amma biz kanaldan aldığımız maaşla dolanmırıq. Səhnələrimizdən, reklamlarımızdan ödənişlər alırıq. Mən efirə maaşa görə yox, işimi sevdiyim üçün çıxıram. Aparıcılıq mənə ayrı cür zövq verir. Ona görə mənə deyiləndə ki, maaş verə bilməyəcəklər, bunu bir səbəb kimi qəbul etmədim. Çünki aldığım maaş çox cüzi miqdardadır. Hansı ki, efirə gəlib çıxmağımın ümumi xərci benzin pulunu qarşılamır. Mənə desəydilər ki, maaş verə bilmirik, bir neçə aylıq əməkdaşlıq edə bilərsən, Samir Bayramlının da xətrini istəyirəm, dostluğumuz, birgə işlərimiz var, o da gözəl bilir ki, biz bunu edərdik. Çünki o da, mən də maaşa görə çalışmırıq. Efirdə sponsorlarım yoxdur. Sosial media hesablarımda reklamlarım var. Gəlirim də instaqramdakı əməkdaşlıqlarımdan və ifalarımdandır. Bu söhbətlər instaqramda şikayətimi paylaşdıqdan sonra baş verdi. O səbəbdəndir, ya deyil. Hər kəs bir fikrə gələ bilər. 

Baş verənlər hər kəsin həyatına təsir göstərir. Efirdə boynuma atılan yalan və şər-böhtan öz təsirini tapmalı idi. Bu, mənim həm şəxsi həyatıma təsir göstərir, həm də karyerama. Sosial şəbəkələrdəki satirik mövzularda videolarımın heç bir əks-təsiri olmayıb. Lakin bu məsələnin səhəri işimdən uzaqlaşdırıldım. Hansı ki, maaş heç bir şəkildə səbəb ola bilməzdi. Mən də detallara girmədən uzaqlaşdım.

Bunun təsadüf olub-olmadığını bilmirəm. Hər bir şey öz yerini tapır, yəqin ki, bu da tapacaq, əsaslanacaq. İnsan düşünməli idi ki, kiməsə şər atıramsa, böhtanla gənc simanı, subay xanımı ləkələyirəmsə, bunun təsirləri ola bilər. Təəssüflər olsun ki, o, düşünmədi ki, reytinq üçün etdikləri qarşı tərəfi pis vəziyyətdə qoyacaq”. 


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti