12:07 Aktyor dayanacaqlardan şikayət etdi: "Maaşımızın yarısı gedir"  |     12:06 Hüsniyyə Azərbaycandan köçdü  |     12:04 Flora Kərimova Sevinc Heydərovanı məhkəməyə verib  |     12:01 Mələkxanım Eyubovanın qızının toyundan kim küsüb gedib?  |     09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |     11:35 Həyat yoldaşı Miri Yusiflə danışığının səsyazısını yaydı  |     11:33 Azər Axşam Tənqid etdiyi kanalda yenidən işə başladı  |     17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |     15:37 Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"  |    

Nəfəsin "Range Rover"indən 6 min oğurlayan şəxs: "Satdığım salfeti almadı..."

1.12.2023 - 237 - Maqazin

Bakıda tanınmış müğənni Nəfəsin avtomobilindən pul oğurlayan şəxsə hökm oxunub. 


SHOWXEBER.AZ-ın Qaynarinfo-ya istinadən məlumatına görə, oğurluq hadisəsi 1984-cü ildə Ağdaş rayonunda doğulmuş Cavid Əkbərov (ad-soyad şərti) tərəfindən törədilib. 


Cavid Əkbərov əvvəllər Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilib. Azadlığa çıxdıqdan sonra şəhərdə corab və salfet satmaqla ailəsini dolandırıb. 


Cavid Əkbərov ifadəsində bildirib ki, yol kənarında olan zaman "Range Rover" markalı avtomobilə yaxınlaşaraq müğənni Nəfəsdən salfet almasını və maddi imkanı aşağı olduğu üçün ona köməklik etməsini xahiş edib. Müğənni onun xahişini rədd edərək, oradan uzaqlaşıb. Daha sonra həmin ərazidə gəzərkən Nəfəsin avtomobilinin arxa sol şüşəsinin açıq olduğunu görüb. Həmin şəxs bundan istifadə edərək maşındakı əl çantasının içərisində olan 6 min manat pulu götürüb və ərazidən uzaqlaşıb. 


Nəfəs Azərbaycan dilində latın qrafikalı əlifba ilə sərbəst yazıb-oxuya bildiyinə görə ifadəsinin alınmasında tərcüməçinin və mütəxəssisin iştirakını istəməyib. Xanım müğənni yeni mahnı yazdırmaq məqsədi ilə oğurluq hadisəsi olan ünvanda yerləşən studiyaya gəldiyini, avtomobilini çoxmərtəbəli binanın qarşısında saxladığını və şüşəni bağlamağı unutduğunu bildirib. Geri qayıdarkən çantanın içərisində pulun olmadığını görüb.


Məhkəminin qərarı ilə Cavid Əkbərov Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinib, ona qəti olaraq 2 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. 


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti