09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |     11:35 Həyat yoldaşı Miri Yusiflə danışığının səsyazısını yaydı  |     11:33 Azər Axşam Tənqid etdiyi kanalda yenidən işə başladı  |     17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |     15:37 Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"  |     15:36 Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü  |     11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |    

"Səsi, özü, ruhu da yoxdur o qadının" - Rövşanə

27.12.2023 - 203 - Maqazin

"Psixoloji məsələ məncə qadının qadına səbəbsiz paxıllığı, gözü götürməməyi, kibri, kini qarşı tərəfin acizliyi, kiçiklik, əziklik kompleksi, gərçək ciddi xəstəlikdir mənə görə".


Bu sözləri aparıcı Rövşanə Ağasəfqızı sosial media hesabında yazıb. O, qadınların həmcinslərinə qarşı duyduğu paxıllıq hisslərindən söhbət açıb:

"Qadın içini gəmirən qurdlara acizanə təslim olur, özünü onlara yem edir və bütün varlığı ilə sübut edir ki, qarşısındakı qadın hər mənada daha üstün, uğurlu, bacarıqlı, ağıllı və ən vacibi gözəldir. Təbii bu düşüncəni özünə yaxın qoymasa da, ruhu asta-asta qulağına pıçıldayır və o pıçıltı kabusa çevrilir. Hər dəfə ölür-dirilir. Qadın pıçıltının məhvedici nəfəsi ilə savaşa da bilmir. Kibrin gəmiriciləri canına daraşıb. Yazıqlığın acı mənzərəsi, bədbəxtliyin rəngli tablosu... Şair belə aciz o qadının gözünün ilanvari işığını vəsf edə. Rəssam fırçası boynu bükük o qadının paxıllığa təzim edən boynunu rənglərdə göstərməyə. Rəngi, səsi, özü, ruhu da yoxdur o qadının. İndi içində ayrı qadın yaşayır. Nifrət etdiyi qadını zərrə-zərrə öz varlığına, ruhuna hakim kəsib. İndi yaşa kabusunla, zavallı canına susamışlarla. Varlığında at oynadan qadınsa sadəcə gülümsəyir, bu daha dəhşətlidir".


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti