09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |     11:35 Həyat yoldaşı Miri Yusiflə danışığının səsyazısını yaydı  |     11:33 Azər Axşam Tənqid etdiyi kanalda yenidən işə başladı  |     17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |     15:37 Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"  |     15:36 Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü  |     11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |    

“Bəlkə dünyaya bir də gəldik” - Aygün Kazımova

28.12.2023 - 285 - Maqazin

Xalq artisti Aygün Kazımova 2023-cü ilin son günlərində sevənlərini yeni mahnı və kliplə sevindirib. 


SHOWXEBER.AZ xəbər verir ki, "Bilmək olmaz" adlı bəstənin söz və musiqisi Miroya aiddir. Ölkənin əsas ulduzu ekran işi üçün Türkiyəyə yollanıb. Klip bir çox məşhurla işləyən Selim Akarın rejissorluğu ilə İstanbulda lentə alınıb. 

Kazımovaya görə İstanbulda sahil, avtomobil məzarlığı və fabrik bağlatdırılıb. Klip süjet xətti ilə Hollivud filmlərini xatırladıb. Rejissor bildirib ki, çəkiliş üçün Hollivud filmlərinin lentə alındığı texniki vasitələrdən istifadə olunub. "Bilmək olmaz"ın görüntü rejissoru isə Varol Kaynar olub. 

Klipdə müğənninin tərəf müqabili obrazını Peris Hiltonun tanınmış fotomodeli Marian Draqan canlandırıb. O, çəkiliş üçün Türkiyəyə gəlib. Klip 12 saat içində çəkilib. Ümumilikdə isə çəkiliş məkanında 100 nəfərdən ibarət işçi heyəti yer alıb.

Aygün Kazımovanın tərzi üzərində türkiyəli komanda və Berker Kuşku çalışıb.



Showxeber Bizi instagramda izləyin



Xəbər xətti