09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |     11:35 Həyat yoldaşı Miri Yusiflə danışığının səsyazısını yaydı  |     11:33 Azər Axşam Tənqid etdiyi kanalda yenidən işə başladı  |     17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |     15:37 Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"  |     15:36 Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü  |     11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |    

Röya Ayxan Mərdəkanda sevənləri ilə görüşdü

11.01.2024 - 218 - Maqazin

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılıği ilə Mərdəkan Mədəniyyət Sarayında "Qonağımız var” layihəsi çərçivəsində Xalq artisti Röya Ayxanla görüş keçirilib.


 

Əhali estrada ulduzunu izdihamla qarşılayıb. Bu gün baş tutan görüşdə zalda yer qalmadığı üçün əlavə stullar yerləşdirilib. Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra tanınmış müğənni Röya Ayxan həyat və fəaliyyətindən, sənət yolundan, əldə etdiyi uğurlardan söhbət açıb. Repertuarından sevilən mahnıları "Yuxu dərmanımdır”, "Onun xəstəsiyəm”, "Tut əlimdən”, "Sənə görə” səsləndirib və tamaşaçıların ona ünvanladığı sualları cavablandırıb.

 

Sonda tədbir "Səma” rəqs kollektivinin müşayiətilə Xalq artistinin ifasında "Qələbə” mahnısı ilə sona çatıb və xatirə şəkilləri çəkdirilib.

 

R. Ayxanı izdiham zaldan çıxandan sonra da izləyib, insanlar onunla şəkil çəkdirmək üçün növbəyə girib. Hətta ulduz avtomobilinə minməkdə çətinlik çəkib.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti