09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |     11:35 Həyat yoldaşı Miri Yusiflə danışığının səsyazısını yaydı  |     11:33 Azər Axşam Tənqid etdiyi kanalda yenidən işə başladı  |     17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |     15:37 Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"  |     15:36 Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü  |     11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |    

“Bundan sonra eşitsəm ki...” - Şəbnəm Tovuzludan XƏBƏRDARLIQ

1.02.2024 - 231 - Maqazin

“Zamanında getdiyim verilişlərdə üzüyumşaqlığımdan, sadəliyimdən, mehribanlığımdan çox istifadə olunub. Ailə üzvlərimin adı ilə bağlı zarafat etməsinlər. Hər kəs özü ilə məşğul olsa, daha yaxşı olar”.


SHOWXEBER.AZ xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu “Xəzər axşamı” verilişində deyib.

O, ailə üzvləri haqda danışan sənət yoldaşlarına və aparıcılara xəbərdarlıq edib: “Sənət dostlarımdan, aparıcılardan da bunun kimi şeylər eşitsəm, efiri tərk edəcəyəm. Verilişi tərk etmək ola bilər ki, onlar üçün fərq edər və ya etməz. Niyə də olmasın, sevilən bir ifaçıyam. Həmin aparıcı ilə çox böyük mübahisəmiz ola bilər, çox dərinə də gedə bilərəm. Buna görə istəmirəm ki, getdiyim efirdə mənim ailəm, övladlarım haqda danışılsın. Mən əziyyətlə bu yerə çıxmışam, bəhrəsini də görürəm. Məni sevən xalqım var, buna görə də mənə toxunmayın.

Fərdanın verilişdə xətrinə dəymək istəmədim, illərin dostudur. O insanları güldürə bilən bir insandır. İstəmədim nəsə deyim, amma xoşuma gəlmədi. Bundan sonra bir efirdə heç kimdən o sözü eşitməyim. Eşitsəm çox böyük mübahisəmiz düşəcək. İnanın ki, dərinə də gedən insanam. Əvvəlki üzüyumuşaq Şəbnəm deyiləm, artıq hər kəsi yaxşı tanıyıram. Qanun və qaydamız var. Reytinqə görə niyə məni incidirsən? Olmaz, xoşum gəlmir”.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti