18:51 "Ömür boyu söz atıb, sonra üzr istəmisən" - Yenə dalaşdılar  |     11:40 “Şikayət edərək onun cəzalandırılmasını istəyəcəyəm” - Aysun İsmayılova  |     11:32 "Abrakadabra" Milyonu keçdi  |     11:29 Türkiyəli aktyor faciəvi şəkildə vəfat etdi  |     10:05 Demet Akalın səhnədən endirilən fanatı ilə görüşdü  |     10:03 "Məni Azərbaycana qayıtmağa o qoymadı"  |     10:02 Tarkan İlon Maskın 1,7 milyardlıq təklifindən imtina etdi  |     20:31 Elçin oğlundan danışdı: “Hər zaman onun arxasındayam!”  |     20:30 Geyimini tənqid edən aparıcıya sərt cavab verdi  |     19:06 Müğənni və qardaşı saxlanıldı  |     19:05 "Qızım 10 ildir atasını görmür" - Zümrüd  |     19:04 Naibə Allahverdiyeva eks-ərinin o biri ailəsindən danışdı  |     09:32 Əlikram Bayramovun qardaşı oğlu bir aydır itkin düşüb  |     21:03 "Nigar ildə bir dəfə mənim hesabıma gündəmə gəlir"  |     18:53 Kəmalə Günəşli mikrofonla toy sahibini təhqir edib - Ona bakal atdı  |     18:51 “Narkoman deyiləm, gül kimi, tərtəmiz qızam”  |     09:51 Elxan Şirinov övladını evləndirmək istəyir  |     08:53 Vüsalə mövsüm finalına hazırlaşır  |     14:27 "Məclislərdə statusunuzu və qonararınızı artırmaq üçün..." Vüsalədən atmaca  |     13:07 Nigar yenə Şəbnəmə lağ etdi  |    

Aygün Kazımova bayramı sevənləri ilə keçirəcək

4.03.2024 - 241 - Maqazin

Xalq artisti Aygün Kazımova 8 Mart Beynəlxalq Qadınlar Gününü səhnədə qeyd edəcək. 


SHOWXEBER.AZ xəbər verir ki, Pop kraliça sevilən mahnılarını həmin gün xanımlar üçün səsləndirəcək.


Belə ki, ölkənin əsas ulduzu əvvəlcə "Bakı Kristal zal"da keçiriləcək "World Women's Festival" adlı tədbirdə səhnə alacaq. Son günlər hit mahnıları ilə gündəmdən düşməyən Kazımova həmin gün pərəstişkarları ilə görüşəcək. 


Daha sonra şou-biznesin yaradıcısı şəhərdə məkanların birində səhnəyə çıxacaq. 


Qeyd edək ki, A.Kazımova "Bakı Kristal Zal"da solo konsert verən yeganə azərbaycanlı müğənni olub. O, həmin gün bir çox səhnə şouları ilə şou-biznesdə ilklərə imza atıb. 


Kazımovanın sonuncu dəfə təqdim etdiyi "Bilmək olmaz" və "Sağ-salamat" mahnıları isə dijital platformada ilk sıralarda yerini qorumaqda davam edir. "Bilmək olmaz" 6,3, "Sağ-salamat" isə yutubda 2,4 milyon izlənilib. 


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti