09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |     11:35 Həyat yoldaşı Miri Yusiflə danışığının səsyazısını yaydı  |     11:33 Azər Axşam Tənqid etdiyi kanalda yenidən işə başladı  |     17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |     15:37 Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"  |     15:36 Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü  |     11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |    

Bunu ilk dəfə Dilarə etdi

15.03.2024 - 194 - Maqazin

"Maska"nın qalibi Dilarə Kazımova ətrafımızda boş və yalan vədlər verən insanlardan bəhs edən musiqi layihəsini təqdim edib. 


SHOWXEBER.AZ  xəbər verir ki, estrada ifaçısı söz və musiqisi Fidan Alivaya məxsus “Zəng – zəng” bəstəsini ekranlaşdırmaq qərarına gəlib. Klipin rejissorluğunu Dilarə Kazımova özü və "Sensum Photo Art" edib. Ekran işinin montaj və retuşçusu isə Kamran İbrahimdir.


 Layihənin çəkilişləri həmin şirkətin heyəti tərəfindən və yerli brend olan “Pink accessories”in dəstəyi ilə baş tutub. İdeyası və staylinqi sənətçinin özünə və Fidan Osmana məxsusdur. Dilarə klipdə iki fərqli obraz yaradıb. 


D. Kazımova mətbuata yaydığı açıqlamada mahnının hekayəsindən də danışıb:


“Mahnı ətrafımızda boş və yalan vədlər verən insanlardan bəhs edir. Həmin insanlar ki, zəng edib qarşı tərəfə bir çox sözlər və vədlər verir, amma axırda bir şey çıxmır. Bir sözlə, bu mahnıda əsas hədəf puç insanlardır".


Qeyd edək ki, layihənin prodüseri Məryam Feyziyevadır. Ekran işi "iPhone 15 Pro" ilə vertikal formatda çəkilib. Onu da bildirək ki, layihədə 20-dən çox komanda üzvü çalışıb.





Showxeber Bizi instagramda izləyin



Xəbər xətti