4.04.2024 - 179 - Maqazin
Müğənni Rəqsanə İsmayılovanın Moskvada qanunsuz miqrasiyanın təşkilinə görə saxlanıldığı iddia edilir.
SHOWXEBER.AZ xəbər verir ki, ifaçı yayılan iddialara cavab verərək, bunun yanlış olduğunu bildirib və haqqında yazılanları təkzib edib:
“Əzizlərim, çox sağ olun, məni yığırsınız, soruşursunuz, narahat olursunuz. Mənə heç bir şey olmayıb, heç kəs məni saxlamayıb, hamısı boş-boş sözlərdir. Mən Moskbada evimdəyəm, hər şey yaxşıdır, ayın 10-a kimi buradayam, 10-dan sonra Azərbaycana gələcəyəm. Mənim heç bir problemim yoxdur, özünüzdən “fason” çıxarmayın ”.