21:06 Bu gün Əməkdar artist Cavanşir Məmmədovun ölümündən 1 il ötür  |     19:25 Afət Fərmanqızı tanınmış cərrahla bağlı AÇIQLAMA VERDİ: “10 min istədi..”  |     09:33 "Adamların restorana getməkdən başqa bir əyləncəsi yoxdur"  |     20:54 Pop kraliça Aygün Kazımovanın “S.O.S”i QLOBAL TRENDDƏ  |     17:48 İlqar Mikayıloğlunun övladının nişanından FOTOLAR  |     10:21 Tarkan göz yaşları içində anası ilə vidalaşdı  |     10:16 Zeynəb Xanlarova ilə Nəsibə Abdullayeva 27 il əvvəl  |     13:56 “1 milyon versədə Kazım Canla duet oxumaram” - Əminə  |     13:53 "Xanəndələr bizim kimi müğənnilərdən daha şanslıdır" - Vəfa  |     08:59 "Zəng ediblər ki, yazma, uşağına nəsə edərlər" - Nura  |     10:00 İllərdir küsülü olan Fatimə və Nazilə eyni məkanda  |     09:30 “Orxan Lökbatanlı bayağı ifaçıdır” - HÜSEYNDƏN QALMAQALLI AÇIQLAMA  |     09:26 "Söz vermişəm, onları efirə çağırmayacağam" - Tolik  |     14:14 İbrahim Tatlısəsin qardaşı həbs edildi  |     13:47 “TikTok”-da yarış təşkil edən Azər Zahid və Rövşən Təhməzovun həbs müddəti uzadılıb  |     13:45 Övladları Rəşad Dağlı ilə bağlı paylaşım etdi  |     13:12 Təranə Səmədova Ali Məhkəməyə müraciət etdi  |     11:23 "Gəlin, onları "baykot" edək" - Elgiz aparıcılara səsləndi  |     11:22 Lalə Məmmədova avtomobilsiz qalıb  |     11:21 Xoşqədəmdən vəfat edən anası ilə bağlı paylaşım  |    

Əməkdar artist: “Qocalığın nəyi gözəldir, sevmirəm”

7.04.2024 - 242 - Maqazin

“Gənc olanda gəncliyimizin dəyərini bilmirik. Gənclik gözəllikdir. Gənclik hər şeydir, həyatdır. Qocalığı sevmirəm. O insanların səmimiyyətinə inanmıram ki, “qocalıq gözəldir” deyir. Qocalığın nəyi gözəldir? Qocalıqda nə var? Bu, təbii prosesdir, hamımız keçirik. Allah hər kəsə ömür versin. Sadəcə qocalıq artıq xəstəliklərin başlanğıcıdır”. 


Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Sənubər İsgəndərli verilişlərin birinə qonaq olarkən deyib. O, qocaldıqca insanların tənha qaldığını bildirib:


“Mənim üçün qocalığın daha çox sevmədiyim tərəfi ətrafın seyrəlməyidir. Çünki şahidi olmuşam, elə bir ahıl insanın ki, ətrafı çox geniş, gözəl dostları olub. Onlar bir-bir sıradan çıxdıqca daha tənha və sonda tək qalıb. Bax, o çox ağırdır. Ahıl yaşında itkilər daha çox olur. Hamıdan çox yaşayırsan və əlini atırsan dostun, güvəndiyin adam yoxdur”.


S.İsgəndərli anasını itirməsindən danışıb:


“Qeyrətli ana var ki, min ataya dəyər, ata da var, min anaya. Onun önəmi yoxdur, ana ya ata. “Allah sevdiyi bəndəsini tez yanına aparır” deyirik, amma onunla özümüzə təsəlli veririk. Fərq etmir. Düşünmürəm ki, Allah sevdiyi bəndəsini yanına tez aparır. Yox. Sadəcə hər kəsin zamanı var. Mənim anamın da zamanı onda bitdi. Anam gənc deyildi, rəhmətə gedəndə 55, mənim isə 13 yaşım var idi. O, zaman mənə həmin yaş çox böyük görünürdü. Mən artıq anamın öldüyü yaşı keçmişəm”. 


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti