21:06 Bu gün Əməkdar artist Cavanşir Məmmədovun ölümündən 1 il ötür  |     19:25 Afət Fərmanqızı tanınmış cərrahla bağlı AÇIQLAMA VERDİ: “10 min istədi..”  |     09:33 "Adamların restorana getməkdən başqa bir əyləncəsi yoxdur"  |     20:54 Pop kraliça Aygün Kazımovanın “S.O.S”i QLOBAL TRENDDƏ  |     17:48 İlqar Mikayıloğlunun övladının nişanından FOTOLAR  |     10:21 Tarkan göz yaşları içində anası ilə vidalaşdı  |     10:16 Zeynəb Xanlarova ilə Nəsibə Abdullayeva 27 il əvvəl  |     13:56 “1 milyon versədə Kazım Canla duet oxumaram” - Əminə  |     13:53 "Xanəndələr bizim kimi müğənnilərdən daha şanslıdır" - Vəfa  |     08:59 "Zəng ediblər ki, yazma, uşağına nəsə edərlər" - Nura  |     10:00 İllərdir küsülü olan Fatimə və Nazilə eyni məkanda  |     09:30 “Orxan Lökbatanlı bayağı ifaçıdır” - HÜSEYNDƏN QALMAQALLI AÇIQLAMA  |     09:26 "Söz vermişəm, onları efirə çağırmayacağam" - Tolik  |     14:14 İbrahim Tatlısəsin qardaşı həbs edildi  |     13:47 “TikTok”-da yarış təşkil edən Azər Zahid və Rövşən Təhməzovun həbs müddəti uzadılıb  |     13:45 Övladları Rəşad Dağlı ilə bağlı paylaşım etdi  |     13:12 Təranə Səmədova Ali Məhkəməyə müraciət etdi  |     11:23 "Gəlin, onları "baykot" edək" - Elgiz aparıcılara səsləndi  |     11:22 Lalə Məmmədova avtomobilsiz qalıb  |     11:21 Xoşqədəmdən vəfat edən anası ilə bağlı paylaşım  |    

“Ərəblər evimi pis günə qoydu, bir saat ağladım” - Nadir Qafarzadə

9.04.2024 - 264 - Maqazin

Müğənni Nadir Qafarzadə Türkiyədəki evini satmasının səbəbini açıqlayıb.


SHOWXEBER.AZ Axşam.az-a istinadən xəbər verir ki, bu barədə sənətçi "7 Tamam" verilişində danışıb:


"Türkiyədəki evimi satmışam. O vaxt həvəslə almışdıq, amma gedən olmadı. Kirayə üçün şirkətlərin birinə verdik, onlar da ərəblərə icarəyə vermişdilər. Evimi təhvil almağa getmişdim, içəri girəndə dizimi yerə qoyub, bir saat ağladım. Evi pis günə qoymuşdular. Bilmədim nə edim, ustalar çağırdım və yenidən düzəltdirdim. Orada da hər şey bahadır.


Divardakı şəkilləri çıxartmışdılar, mətbəxi, hamamı pis günə qoymuşdular. Başqa ölkə olduğu üçün dərdimi də deyə bilmirdim. Ona görə də acığa düşdüm, dəyər-dəyməzinə satdım. Dedim ki, pulunuz mənə lazım deyil, kim birinci gəlsə, ona verəcəyəm. Ona görə də 31-ci mərtəbədəki 165 kvadratlıq evimi satdım".


Qeyd edək ki, sənətçi 2013-cü ildə saytımıza açıqlamasında Türkiyədəki evi üçün 300 min manat xərc çəkdiyini açıqlamışdı.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti