12:07 Aktyor dayanacaqlardan şikayət etdi: "Maaşımızın yarısı gedir"  |     12:06 Hüsniyyə Azərbaycandan köçdü  |     12:04 Flora Kərimova Sevinc Heydərovanı məhkəməyə verib  |     12:01 Mələkxanım Eyubovanın qızının toyundan kim küsüb gedib?  |     09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |     11:35 Həyat yoldaşı Miri Yusiflə danışığının səsyazısını yaydı  |     11:33 Azər Axşam Tənqid etdiyi kanalda yenidən işə başladı  |     17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |     15:37 Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"  |    

"TikTok bağlansın, oradakıların həyat tərzi tüfeylidir" - Müşfiq Abbasov

12.04.2024 - 203 - Maqazin

"Sosial şəbəkərin hər şeyə təsiri var. Əxlaqdan tutmuş mentalitetin formalaşmasına, televiziya verilişlərinə. 90 faiz hallarda neqativ təsiri var. Oradan xeyir tapan da var. Kimsə işini itiribsə, qayıda, xəstədirsə, müalicə oluna bilər. Sosial şəbəkədə tanış olub evlənənlər də var. Xoşbəxtdirlər də, tanıyıram elələrini. Amma bu çox az faiz təşkil edir. Daha çox mənəviyyatsızlıq, əxlaqsızlıq və tərbiyəsizlik təşkil edir. Əfsuslar olsun ki, izləyən də, şərh yazan da belədir. O cümlədən yumor da bayağılaşır". 

SHOWXEBER.AZ  xəbər verir ki, bu sözləri “Bu Şəhərdə” layihəsinin rəhbəri Müşfiq Abbasov "Günə son" verilişində qonaq olarkən deyib. O, Azərbaycanda TikTok-un başlanmalı olduğunu vurğulayıb: 

"Sosial şəbəkələrin bayağılığına rəqabətdə uduzuruq. Üstümüzə elə kütlə ilə gəlir ki, məğlub oluruq. Sosial şəbəkələr ümumiyyətlə bağlanmalıdır. Mən də bunun tərəfdarıyam. Çox istəyərdim ki, Azərbaycanda sosial şəbəkə bağlansın. Heç olmasa, bütün günü 90 faiz bağlansın. Hamısını demirəm. İlk sırada TikTok. İntelekti olmayan insanlar TikTok-dadır. Orada ciddi birinin izləyicisi 3-5 mindən çox deyil. Sizcə yüz min izləyicisi olanların səviyyəsi var? Bugünkü bəlamız TikTok mənimlə olsaydı bağlanardı. Gecə 12-dən səhər saat 7-ə qədər işləyərdi. Çünki ora girənlərin çoxunun həyat tərzi tüfeylidir, gecədir. Gündüz artıq nə mənim balam girib oraya nəsə ois bir şey görəcək, nə sənin, nə də digərlərinin. Özü də TikTok-un alqoritmi elədir ki, sən izləyəcəyin şeyi seçmirsən, o özü sənin qabağına çıxarır.

TikTok bizim konsertlərə də mənfi təsir edir. Müğənnilərə də həmçinin. Oranın hesabına məşhurlaşan müğənnilərə görə sənət göstərmək istəyənlər qalıb kənarda. Bu, reallıqdır. Bu gün ulduz da, anşlaqla konsert verə biləcək insanlar da artıq başlayır oradan çıxmağa. Bu, heç də yaxşı hal deyil". 


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti