09:38 Nadir Qafarzadə kiçik oğluna toy edəcək  |     21:10 "Verlişə həftədə 3 dəfə çıxan ac, 50 qəpiklik müğənnilər"  |     21:09 “Nə yaxşı tanış olduq və bir ömürlük yaxınlaşdıq” - Lolitadan Rozaya  |     21:07 "Ən çətin yollardan keçməsən, gözəl mənzərəni görə bilməzsən”  |     12:52 "Toppuş bacı"nın vəfatından iki il ötür  |     19:44 Miri Yusifin videolarını yayacağı ilə hədələyərək pul aldı  |     19:40 "Çimnaz bir çoxları kimi maskalanmamışdı"  |     19:38 Fərqanə Qasımovanın evində xeyir iş olacaq  |     19:36 Miri Yusifin prodüseri şantaj olunmalarından danışdı  |     11:56 Miri Yusif videolarının yayılacağı ilə şantaj olunur  |     11:55 Günay Yelmarqızının atası dünyasını dəyişdi  |     10:05 Əməkdar artist Mövsüm Hüseynov vəfat edib  |     08:39 Reza Zərrab özünə 3 gün 3 gecə toy etdi  |     00:18 Faiq Ağayevdən səs-küy yaradan fotosessiya - FOTOLAR  |     22:23 "Dərmanların qiyməti getdikcə bahalaşır"  |     18:29 Çimnaz Sultanova dəfn edildi - FOTOLAR  |     18:26 Tolik “YouTube” ilə əməkdaşlıq edən şirkətləri saxtakarlıqda ittiham etdi  |     18:23 "Elə paylaşımlar edən insanın dəfnində nə işim var?"  |     10:04 Hüseyn Zeynəb Xanlarova və Polad Bülbüloğlu ilə bir arada  |     23:24 Çimnaz Sultanova sabah Əmircan qəbirsanlığında dəfn olunacaq  |    

Faiq Ağayevə atəş açılıb - Belə xilas olub

23.09.2024 - 128 - Maqazin

“Biz təəccüb etmək, sevindirmək üçün, kiminsə gözündə o yaşı oğurlamaq üçün ki, gözdən yaş gəlməsin, kiminsə dodağına gülüş qondurma üçün bu həyata gəlmişik. Bir məşhur deyim var – “Ruh yüksəkliyini itirmiş xalq məğlubiyyətini, ilk addımını atıb”. Ruh yüksəkliyi mütləq olmalıdır bütün xalqda xüsusi ilə də döyüşən insanlarda”.

Bu sözləri Xalq artisti Faiq Ağayev qonaq olduğu “Günə bax” verilişində deyib.

Sənətçi bildirib ki, Birinci Qarabağ savaşı zamanı əsgərlər qarşısında çıxış edərkən mənfur düşmənlər ona atəş açıblar:

“Birinci Qarabağ müharibəsi zamanı dəfələrlə əsgərlərimiz qarşısında çıxış etmişəm. Tərtərdə, Quzanlıda... Bizə atəş də açıblar. Əsgərlərimiz Hollivud “boyeviki” (döyüşcü – red.) idi mənim üçün. Dörd nəfər haradan gəldi heç bilmədim. Hərəsi bir tərəfdən oppanıb məni altlarında gizlətdilər ki, birdən güllə dəyməsin və düşmən sonradan kam almasın. Bizim işimiz ruh yüksəkliyi gətirmək, kiminsə qəmini unutdurmaqdır. İndi isə millət olaraq qəmimiz qalmayıb. Bizim işlərimiz var, onları da görmək lazımdır. Ən vacibi də budur”. / Olay.az


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti