24.09.2024 - 106 - Maqazin
Müğənni Çinarə Məlikzadə həmkarı Namiq Qaraçuxurlunun anasının yas mərasimində görüntülənib.
SHOWXEBER.AZ xəbər verir ki, "Xəzər"TV-yə müsahibə verən sənətçi valideyn itkisinin ağır dərd olduğunu vurğulayıb.
Bir neçə ay öncə atasını itirən Çinarə "Valideyn itkisi çox ağır hissdir. Bunun nə olduğunu mən yaxşı bilirəm. Namiqin nə hiss etdiyini də yaxşı başa düşə bilirəm. İsti-isti baş dumanlı olur, insan olanları anlamır. Amma zaman keçdikcə daha çox acı çəkirsən. Allah səbr versin, məkanı cənnət olsun" sözləri ilə həmkarına dəstək olub.