24.09.2024 - 117 - Maqazin
"Flora xanım bir neçə il öncə mikroinsult keçirmişdi, onunla əlaqədar təzyiqi "oynayır", dərmanla tənzimləyirik".
SHOWXEBER.AZ xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Xalq artisti Flora Kərimovanın köməkçisi Yaqut İmanova bildirib.
Televerilişlərin birində müğənninin yatağa düşməsi barədə səslənən xəbərə aydınlıq gətirən Y.İmanova qeyd edib ki, F.Kərimovanın vəziyyəti normaldır, yaxınları ilə birlikdə bağda istirahət edir.