25.09.2024 - 119 - Maqazin
Məşhur türkiyəli müğənni Serdar Ortaç son zamanlar keçmişi ilə bağlı peşmanlığını tez-tez dilə gətirir.
Bir müddət əvvəl aludəçisi olduğu alkoqolu tərgitdiyini deyən sənətçi "YouTube"da "Serbest vuruş" adlı proqramın qonağı olub.
Ortaç qumar vərdişinin həyatını alt-üst etdiyini növbəti dəfə vurğulayıb və nə qədər itirdiyini açıqlayıb.
Bu barədə oxu.az NTV.com.tr-yə istinadən xəbər verir.
"Rəqəm deyə bilmərəm, amma 10-15 evim getdi. Ali Sami Yen stadionunun yanında bir göydələn vardı, o getdi. Böyük səhv etdim. Sağlamlığım getdi, o geri gəlsin", - deyə müğənni bildirib.
Qeyd edək ki, müğənni uzun illərdir ki, MS xəstəliyi ilə mübarizə aparır.
"Bu həyatda səni ən çox kədərləndirən hadisə nədir?" - deyə müğənniyə sual ünvanlanıb.
"Ölümlər, çox pul itirməyim, çox qumar oynamağım məni məhv etdi. İndi bunları etmirəm, amma çox gec oldu. And içirəm ki, qazana bilməzlər. Bazar ertəsi bir dəfə qalib gəlsələr, çərşənbə günü iki dəfə uduzarlar. Özlərini itirərsələr, 10 lirəni geri almaq üçün 10 illəri gedər. Qazansaydım, mən qazanardım, 35 ildir oynayıram. İnsan ancaq öz peşəsindən qazanır. Ən yaxşı evlərdə yaşadım, ən yaxşı maşınlara mindim. Hər şeyin ən lüksünü yaşadım. Belə bir həyat yoxdur", - deyə Serdar Ortaç təəssüfünü dilə gətirib.