09:36 Röyadan fərqli FOTOLAR  |     09:34 İllərdir küsülü olan eks “W-Trio”çular bir arada - FOTOLAR  |     18:50 “Səni elə sevdim, qanadım yox uçmağa” - Nigar Camaldan etiraf  |     18:47 “O, ətdoğrayan balta deyildi, “iqruşka” idi” - Ağadadaş Ağayev  |     11:27 Meyxanaçının dəfn yeri və vaxtı açıqlandı  |     11:08 Natiq Şirinov 55 minlik məhkəməni uduzdu  |     11:07 Nəsrin Cavadzadə sinə yarıqlı libası ilə gündəm olub  |     06:04 Xəyyam Əhmədli vəfat etdi  |     19:57 Emin Ağalarova vəzifə VERİLDİ  |     11:32 “İlanlarla dostluq etməyə başladım” - Günay İbrahimli  |     11:31 Ebru 4-cü ərindən də boşanır - İDDİA  |     11:26 “Sevənlərimə şamplena bazar sürprizi” DİVA GÖZ QAMAŞDIRIR FOTOLAR  |     19:25 Azərbaycanda müğənni axtarışa verildi  |     20:41 Günay İbrahimlidən fərqli klip - MƏN BELƏYƏM  |     08:57 Mətanətin ölüm xəbəri yayıldı - "Çox pis xəbər aldım"  |     08:51 Həmcinsi ilə nişanlanan azərbaycanlı aparıcı boşandı  |     17:57 Flora Kərimova Səhiyyə Nazirliyini məhkəməyə verib  |     17:56 Aygün Kazımova bu tərzinə 12 mindən çox xərcləyib  |     11:54 Afaq Gəncəli 9 il sonra bunu yenidən edir  |     11:52 Sibel Can səhnədə yıxıldı  |    

Ağadadaş Ağayevin ölkədən çıxışına qadağa QOYULDU

14.11.2024 - 179 - Maqazin

Müğənni, Xalq artisti Ağadadaş Ağayevin ölkədən çıxışına müvəqqəti qadağa qoyulub.

SHOWXEBER.AZ  xəbər verir ki, bu barədə Bakı Kommersiya Məhkəməsində hakim Kənan Hüseynovun sədrliyi ilə keçirilən iclasda qərar verilib.

Qərara əsasən, Dövlət Vergi Xidmətinin Bakı şəhəri üzrə Lokal Gəlirlər Baş İdarəsinin iddiası təmin edilib və müğənninin Azərbaycandan çıxışına müvəqqəti qadağa qoyulub. Yalnız vergi borcları ödəndikdən sonra DVX həmin qadağanı aradan qaldıra bilər.

Qeyd edək ki, bir neçə gün əvvəl Ağadadaş Ağayevin ölkədən çıxışına qadağa qoyulması üçün barəsində Bakı Kommersiya Məhkəməsində iddia qaldırılması ilə bağlı xəbər vermişdik. Belə ki, müğənniyə məxsus “Ağadadaş” MMC-nin dövlət büdcəsi və fondlara borcu yaranıb. Sənətçi bu borcları vaxtında ödəmədiyi üçün Dövlət Vergi Xidmətinin Bakı şəhəri üzrə Lokal Gəlirlər Baş İdarəsi onun ölkədən çıxışına qadağa qoyulması haqqında Bakı Kommersiya Məhkəməsində iddia qaldırıb (lent.az).


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti