09:36 Röyadan fərqli FOTOLAR  |     09:34 İllərdir küsülü olan eks “W-Trio”çular bir arada - FOTOLAR  |     18:50 “Səni elə sevdim, qanadım yox uçmağa” - Nigar Camaldan etiraf  |     18:47 “O, ətdoğrayan balta deyildi, “iqruşka” idi” - Ağadadaş Ağayev  |     11:27 Meyxanaçının dəfn yeri və vaxtı açıqlandı  |     11:08 Natiq Şirinov 55 minlik məhkəməni uduzdu  |     11:07 Nəsrin Cavadzadə sinə yarıqlı libası ilə gündəm olub  |     06:04 Xəyyam Əhmədli vəfat etdi  |     19:57 Emin Ağalarova vəzifə VERİLDİ  |     11:32 “İlanlarla dostluq etməyə başladım” - Günay İbrahimli  |     11:31 Ebru 4-cü ərindən də boşanır - İDDİA  |     11:26 “Sevənlərimə şamplena bazar sürprizi” DİVA GÖZ QAMAŞDIRIR FOTOLAR  |     19:25 Azərbaycanda müğənni axtarışa verildi  |     20:41 Günay İbrahimlidən fərqli klip - MƏN BELƏYƏM  |     08:57 Mətanətin ölüm xəbəri yayıldı - "Çox pis xəbər aldım"  |     08:51 Həmcinsi ilə nişanlanan azərbaycanlı aparıcı boşandı  |     17:57 Flora Kərimova Səhiyyə Nazirliyini məhkəməyə verib  |     17:56 Aygün Kazımova bu tərzinə 12 mindən çox xərcləyib  |     11:54 Afaq Gəncəli 9 il sonra bunu yenidən edir  |     11:52 Sibel Can səhnədə yıxıldı  |    

“Sevgisi və güvəni ilə həyatımı dəyişib” - SEVDİYİ ŞƏXSDƏN DANIŞDI

27.11.2024 - 88 - Maqazin / Manşet

Müğənni Ayan Babakişiyeva şəxsi həyatı ilə bağlı danışıb. 

Bu barədə o, jurnalist Pərviz Hüseynin təqdimatında yayımlanan “Pərvizə görə” layihəsində açıqlama verib.  O bildirib ki, həyatındakı şəxs ona güvən verir: 

“Sənətlə məşğul olanda, hansısa layihə təqdim etməyə hazırlaşanda çalışıram ki, şəxsi həyatımda problem olmasın. Elə insanam ki, şəxsi həyatım hər gün dəyişmir, rutindir, stabildir. Məni tanıyan insanlar bilirlər ki, illərdir belədir və çox xoşbəxtəm. Amma olur, məsələn efirdən öncə əsəbiləşmişdim, ona görə, yarım saat gecikdim. Sakitləşdim, sonra evdən çıxdım. Əsəbi halda gəlsəydim də... Mənim bir xasiyyətim var, çalışıram ki, həyatımda nə baş verirsə, dostlarıma bildirməyim. Bilirəm ki, həyatımda olan insan da mənim kimi dəlidir, bir saat sonra barışacağıq, mənim neqativim səndə qalacaq. Sevgisi və güvəni ilə həyatımı dəyişib. Həddən artıq etibarlı insandır. Qadağalarla aram pisdir. 

Amma qadağalar qoyur. Arada deyirəm ki, bu boş bir şeydir. Bir var ki, edəm, sən onu qadağa qoyasan. Bir də var ki, ortada heç nə yoxdur. Sənin bunu deməyin qıcıq yaradır. Bir söz var idi, deyir, artıq subay deyiləm, sənin 6-5 aydır məndən xəbərin yoxdur (gülür). Məni kim almaz ki? Çox hörmətli bir insan... Zamanı gələndə bunu da bilərsiniz. Düşünürəm ki, o, həyatdakı şansımdır. Davamlıdır, zamanı gələndə hər şeyi tam rahatlıqla danışa biləcəyəm. Zamanına az qalıb. Hər şey gözəldir, çox xoşbəxtəm. Allah məni peşman etməsin. Hər saniyənin öz hökmü var. Bilmirik ki, bir saat sonra nə olacaq. Danışmağa da qorxuram. Göz-nəzərdən yox. Sadəcə elə çətin həyatda yaşayırıq ki, olur, bir sözü problem edirik. Ona görə heç nədən küsüb-barışırıq. Ola bilər ki, birdəfəlik küsək. Hər şey ola bilər, heç kim heç nədən sığortalanmayıb. Əsas odur ki, sevib-sevilirəm, amma arada yoruluram. Sevgi olmadığı zamanlarda belə öz həyatım maraqlı olub. Zamanında çox sənətlə məşğul oldum, populyarlığın pikini də gördüm. Amma indi öz stulum var. Qalxıb gedəndə, heç kim əyləşə bilmir”.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti